Ana səhifə
17 Noyabr 2018

Dünya Bankı Azərbaycana daha 300 milyon dollar borc verib

Dünya Bankı Azərbaycan hökuməti ilə 300 milyon dollarlıq yeni borc sazişi imzalayıb. Vəsait Azərbaycanda 3 layihənin icrasına görə verilib.

 

Ucnoqta.azxəbər verir ki, bu barədə AzadlıqRadiosuna Dünya Bankının Bakı ofisinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zaur Rzayev deyib. Razılaşmaya görə borc Azərbaycanda ədliyyə xidmətlərinin müasirləşdirilməsi, kənd icmalarında infrastruktur xidmətlərinin təkmilləşdirilməsi və rayonlarında su-kanalizasiya şəbəkəsinin yenidən qurulması layihələrinin icrasına verilib.

Ümumi borcun 100 milyon dolları Ədliyyə Xidmətləri və Müasir məhkəmə infrastrukturuna dair layihəyə yönəlib. Layihənin əsas məqsədi baza ədliyyə və hüquqi xidmətlərə çatımlığın yaxşılaşdırılması, xidmətlərin göstərilməsində ədalətliliyin gücləndirilməsi və şəffaflığın təmin edilməsi ilə Azərbaycanda ədliyyə sektorunun müasirləşdirilməsi prosesinin davam etdirilməsidir.

İkinci layihəyə - Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci maliyyələşdirməsinə 150 milyon dollar ayrılıb. Layihə Siyəzən, Şabran, Ağsu, İsmayıllı, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarında daha çox ailənin keyfiyyətli, davamlı su təchizatı və kanalizasiya xidmətləri ilə əhatə olunmasını əhatə edir.

Dünya Bankı Azərbaycan kəndlərində icma əsaslı infrastruktur xidmətlərinin göstərilməsini təkmilləşdirməyə 50 milyon borc verib.

Borc sazişləri oktyabrın 22-də Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı adından Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leshcenko ilə adiyyatı hökumət rəsmiləri imzalayıb.

Dünya Bankının Azərbaycanda hazırki investisiya portfeli 18 layihədən ibarətdir. 1992-ci ildə Dünya Bankına üzv olduqdan sonra Azərbaycanın ümumilikdə 54 layihə üzrə öhdəlikləri 3 milyard 800 milyon dollardır.

 

Tarix
23 Oktyabr 2014 [14:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin