Ana səhifə
20 Sentyabr 2018

Prezident səfərbərlik elan etdi

Suriya Prezidenti Bəşər Əsəd ölkədə səfərbərlik elan edib.

 

 

Ucnoqta.az” xəbər verir ki, bu barədə İngiltərənin “Tayms” qəzeti məlumat yayıb.

 

Məlumata görə, Əsəd rejimi ordunun gücləndirilməsi üçün fərariləri və 35 yaşdan aşağı bütün kişiləri orduya çağırıb.

 

Hərbidən qaçan minlərlə insanın rejim qüvvələri tərəfindən həbs olunduğunu yazan qəzet hökumətin 1980-1990-cı illərdə anadan olmuş bütün kişilərin aşkar olunaraq orduya təhvil verildiyini bildirib. 

 

Təkcə bazar ertəsi Dəməşq və Hamada həyata keçirilən əməliyyatlarda 1500 nəfərin saxlanılaraq orduya göndərildiyi qeyd olunub.

 

Dəməşqdən qaçan Əbu Kefah adlı şəxs qəzetə verdiyi açıqlamasında fərarilərə qarşı keçirilən əməliyyatların hər gün getdikcə artdığını deyib.

Qeyd edək ki, Suriya Konstitusiyasına görə, ölkədə hərbi xidmət məcburidir və əsgərlik yaşına çatan hər kişi 18-20 ay müddətində hərbi xidmət keçməlidir.

 

Lakin 3 il əvvəl başlayan vətəndaş müharibəsinə görə, hərbidən tərxis olunmalar təxirə salındığı üçün fərarilik artmışdı.

 

 

Axar.az

Tarix
23 Oktyabr 2014 [14:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin