Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Mətbuat prospektində və Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri aparır.
Bu barədə Ucnoqta.az-a AAYDA-dan bildirilib.
Məlumata görə, aparılan işlər çərçivəsində sözügedən ərazilərdə frezlənmə işləri yerinə yetirilib. Texnoloji ardıcıllığa uyğun olaraq qeyd olunan hər iki yolda hazırda yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.
Sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.