Ana səhifə
23 Sentyabr 2018

Suriya erməniləri Qarabağda yerləşdirilir - Ermənilərdən etiraf

Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi təsdiq olunub. ANS PRESS-in məlumatına görə, Qondarma Dağlıq Qarabağ respublikasının baş naziri Ara Arutunyan bildirib ki, Qarabağda 200 Suriya ermənisi (təqribən 30-35 ailə) yaşayır.
Onun sözlərinə görə, Suriya erməniləri Qarabağın qərb hissəsində məskunlaşıblar: 
"Həmin ərazidə boş torpaq sahələri çoxdur. Onlar yaşadıqları ərazidə buğda yetişdirirlər, çünki Suriyada da elə bu işlə məşğul olublar, Biz şadıq ki, onlar bu yolla ailələrini dolandıra bilirlər. Deməliyəm ki, onlar çox yaxşı işçidirlər".
O, əlavə edib ki, Suriya ermənilərinin mənzil və məişət şəraiti təmin edilib.
Qeyd edək ki, Suriyada yaşanan qanlı müharibələr fonunda bu ölkədə yaşayan minlərlə erməni ailəsinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırıldığı bildirilirdi. Ermənistan tərəfi bu məlumatları təkzib etməyə çalışırdı.

Tarix
3 Oktyabr 2014 [21:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin