Media nümayəndələri təltif olundu - FOTO

16:47 - 19 İyul 2024 - MEDİA

22 iyul - Millli Mətbuat Günü münasibətilə Şəki -Zaqatala Regional Təhsil İdarəsi tərəfindən media nümayəndələri təltif olunub.

Ucnoqta.az xəbər verir ki, tədbirdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, idarə əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
İdarə müdiri Günay Mahmudova media təmsilçilərini peşə bayramı münasibəti ilə təbrik edərək, idarənin 2 illik fəaliyyəti dövründə görülmüş işlər barədə, yəni işə qəbul (direktor, direktor müavinləri, təsərrüfat müdiri və tədris-yardımçı heyət) şagird nailiyyətləri, təhsil işçilərinin peşəkar inkişafına yönəlmiş təlim və vebinarlar, MİQ və sertifikasiya üzrə statistika, buraxılış və ali məktəblərə qəbul imtahanları,  regional təhsil idarəsinin tabeliyində olan ümum təhsil müəssisələrinin təmir-tikinti işləri ilə bağlı hesabat xarakterli məlumat verib. 

Media nümayəndələri təşəkkürlərini bildirərək, qarşılıqlı əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Sonda media nümayəndələrinə Təşəkkürnamə və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.


Xəbər xətti