"Hizbullah" İsrailə 70-dən çox raket atıb

16:42 - 19 İyul 2024 - SİYASƏT

"Hizbullah" silahlı qüvvələri Qərbi Qalileydə İsrail yaşayış məntəqələrinə iri raket zərbələri endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı şiə qırıcıları çoxlu raket sistemlərindən İsrail ərazisinə 70-dən çox mərmi atıblar. 

Silahlılar həmçinin Livanın cənubundan İsrailin hava hücumundan müdafiəsini məhv edən bir neçə pilotsuz uçan aparat buraxıblar.

Xəbər xətti