Dünya üçüncü dünya müharibəsi astanasındadır - Tramp

07:43 - 19 İyul 2024 - DÜNYA

"Planetimiz üçüncü dünya müharibəsinin astanasındadır. Və bu, silahlara görə başqa heç bir müharibəyə bənzəməyən bir müharibə olacaq"

Ucnoqta.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Milli Qurultayda deyib.
"Silahlar artıq irəli-geri sürən və bir-birinə atəş açan tanklar deyil, bunlar məhvedici silahlardır" - deyə Tramp vurğulayıb. O qeyd edib ki, dünya indiyə qədər heç vaxt yaşamadığı beynəlxalq böhran yaşayır.

"Avropada və Yaxın Şərqdə müharibə tüğyan edir. Tayvan, Koreya, Filippin və bütün Asiyada qarşıdurma qorxusu dolaşır", - Tramp əlavə edib.

O, prezident olacağı təqdirdə bütün böyük beynəlxalq münaqişələrə son qoya biləcəyini iddia edib.
“Əgər mən prezident olsaydım bu administrasiyanın yaratdığı bütün beynəlxalq böhranlara son qoyacaqdım, o cümlədən Rusiya və Ukrayna arasında dəhşətli müharibəyə və İsrailə hücumun təhrik olunduğu müharibəyə son qoyacağam” – o, bildirib.

Xəbər xətti