Gürcüstan müxalifəti parlament seçkilərini tanımamaq niyyətindədir

00:03 - 19 İyul 2024 - DÜNYA

Gürcüstan müxalifəti oktyabrın 26-na təyin edilmiş parlament seçkilərini qeyri-legitim kimi tanımağa hazırlaşır.

Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın “İmedi” telekanalına müsahibəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Papuaşvili bildirib ki, biz artıq görürük ki, onlar hansısa yolla bu seçkiləri ənənəvi olaraq qeyri-legitim elan etməyə hazırlaşırlar.

Parlament sədrinin sözlərinə görə, müxalifət əvvəllər seçkiləri tanımadığını bəyan etsə də, heç nəyə nail ola bilməyib.

Gürcüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-da keçiriləcək.

Xəbər xətti