Sumqayıtda iti öldürən şəxs cərimələndi

18:25 - 18 İyul 2024 - Cəmiyyət

Sumqayıtda sahibsiz iti öldürdüyünə görə, şəhər sakini Yavər Hüseynov cərimələnib.

Ucnoqta.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən bildirir ki, sosial şəbəkələrdə görüntülər yayıldıqdan sonra Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən araşdırılıb və iti öldürən Y.Hüseynov barəsində inzibati protokol tərtib olunub.

Xidmət rəsmisi Asif Məcidov bildirib ki, protokol Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Sumqayıt regional ekologiya idarəsinə təqdim olunub və qanun pozucusu Y.Hüseynov barəsində cərimə qərarı çıxarılaraq o qanunamüvafiq qaydada cərimə edilib.

Xəbər xətti