Ana səhifə
25 Sentyabr 2018

Sabah hava necə olacaq? - Proqnoz

Bakıda və Abşeron yarımadasında oktyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. 
 

 

Ucnoqta.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 10-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və axşam 75-85, gündüz 50-55  faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı  ehtimal olunur. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.(Qafqazinfo.az)

 

Tarix
23 Oktyabr 2014 [14:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin