Ana səhifə
18 Noyabr 2018

Sabirabada əhaliyə 15 ixtisasda ambulator-poliklinik və stasionar tibbi xidmət göstərilir

Rayon sakinlərinin su ilə təminatı yaxşılaşdırılıb

 

 

 

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev 2015-ci ili «Kənd təsərrüfatı ili» elan edib. Bu, ölkəmizin gələcək inkişaf dinamikasına xüsusi təsir göstərən kənd təsərrüfatı sahəsinə daha da böyük diqqət verildiyinin göstəricisidir. Dövlət başçısı «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda kənd təsərrüfatının inkişafında ən qabaqcıl təcrübənin tətbiq edilməsini, taxılçılıqda iri təsərrüfatların yaradılmasını, heyvandarlıqda yem təminatının yaxşılaşdırılmasını, toxum fondunun yaradılmasını, boş qalan torpaqların istifadəsi üçün zəruri tədbirlərin görülməsini, torpaqların elektron uçot sisteminin qurulmasını, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsində olan neqativ halların aradan qaldırılmasını və bu sahədə şəffaflığın təmin edilməsini, təşviq sisteminin yaradılmasını, rayonlar üzrə əkinçilikdə ixtisaslaşma aparılmasını, kənd təsərrüfatının intensiv metodlarla inkişafı, əhalinin ərzaq məhsulları ilə tam təmin edilməsini və ixrac yönümlü məhsulların həcminin artırılmasını bir vəzifə olaraq qarşıya qoyub. Əminliklə deyə bilərik ki, rayonun aqrar sektorunun işçiləri bu diqqətə layiqincə cavab verərək kənd təsərrüfatı məhsullarının intensiv inkişafını təmin edəcəklər.

Rayonda əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə tədbirlər həyata keçirilib. Hazırda rayonun Bulaqlı, Əsgərbəyli, Yuxarı Axtaçı, Qasımbəyli, Muradbəyli, Xəlfəli, Şəhriyar və Nizami kəndlərində elektrik təsərrüfatında  yenidənqurma işləri aparılır. 10/04 kv-luq yarımstansiyalar yenidən qurulur, istismara yararsız dayaqlar yenisi ilə əvəz olunur. «SİP» kabel çəkilir və «Smart» kart tipli sayğaclar quraşdırılır.

Rayonda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə işlər sürətləndirilib. Şəhərdə dairəvi sistem yaratmaq üçün müxtəlif diametrli borularla 1080 p/metr uzunluqda əlavə qaz xətti çəkilib, bir sıra küçələrə yeni qaz- tənzimləyici qurğular quraşdırılıb. Şəhərin Heydər Əliyev prospektində, Məhəmməd Füzuli küçəsində yaşayan və təbii qaz təchizatında problemləri olan abonentlərin çətinliklərini aradan qaldırmaq üçün qaz xətləri dəyişdirilib. 2014-cü ildə rayonun Suqovuşan, Əhmədabad və Məmişlər kəndlərinə təbii qaz verilib. Görülən işlər nəticəsində 1019 abonentə təbii qaz verilib və abonentlərin sayı 13965-ə çatıb. Hazırda rayonun Axısxa, Kovlar, Ətcələr, Həşimxanlı, Azadkənd, Qəzli, Bulaqlı, Qəfərli və  Əsədli kəndlərində qaz xəttinin çəkilişi aparılır.

Məlum olduğu kimi, Sabirabad şəhərinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Talış Qrup Su Kəmərindən Sabirabad şəhərinə su xəttinin çəkilişi başa çatdırılıb. Əhalinin fasiləsiz içməli su ilə təmin olunması üçün hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarının tikintisi başa çatmaq üzrədir. Hər il olduğu kimi, 2014-cü ildə də təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi ilə bağlı dövlət tərəfindən lazımi tədbirlər həyata keçirilib. Rayonda 65 tam orta, 15 ümumi orta, 5 ibtidai məktəb, 2 məktəbdənkənar tədris müəssisəsi, kollec və peşə liseyi fəaliyyət göstərir. Keçən dərs ilində məktəblərdə 24868 şagirdin  təhsili ilə 2717 müəllim məşğul olub.. 2013/2014- cü tədris ilində rayon üzrə 2341 şagird IX sinfi, 1755 şagird isə XI sinfi bitirib. Ali məktəblərə sənəd verən məzunlardan 272 nəfər tələbə adını qazanıb, onlardan 32 nəfəri 500-dən, 10 nəfəri 600-dən çox bal toplayıb. Təhsildə nailiyyətlərinə görə iki məzun qızıl medala layiq görülüb, onların hər ikisi yüksək balla müvafiq universitetlərə qəbul olunub. 2014-cü ildə Sabirabad rayonu ərazisində fəaliyyət göstərən xəstəxanaların sayı 8 olub. Hər biri 15 çarpayılıq olan 6 xəstəxana kəndlərdə yerləşir. Sabirabad Mərkəzi Rayon Xəstəxanasında və onun tabeçiliyində olan tibb müəssisələrində 1025 nəfər tibb və texniki işçi çalışır. Əhaliyə 15 ixtisasda ambulator-poliklinik və stasionar tibbi xidmət göstərilir. Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması məqsədilə Mərkəzi Rayon Xəstəxanası üçün muasir tələblərə cavab verən 205 çarpayılıq xəstəxana  binasının tikintisi davam etdirilib. Ötən ildə Mərkəzi Rayon Xəstəxanasının bəzi şöbələrində, bir sıra kənd sahə xəstəxanalarında və həkim məntəqələrində cari təmir işləri aparılıb. Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Bulaqlı kəndində, «Seda» Qeyri-Hökumət Təşkilatı tərəfindən Qaralar kəndində tibb məntəqələri tikilib istifadəyə verilib. 2014-cü il ərzində Mədəniyyət və Turizm Şöbəsi əhalinin asudə vaxtının, kitabxana və muzey xidmətinin təşkili, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində müəyyən işlər görüb. Sabirabad şəhərində fəaliyyət göstərən Mədəniyyət evi keçən il əsaslı şəkildə yenidən qurulub, dekabrın 15-də rayonumuzda səfərdə olan dövlət başçısı Mədəniyyət evində yaradılan şəraitlə tanış olub. 43 kənd kitabxanasında, 26 kənd mədəniyyət evində cari təmir işləri aparılıb. Rayon əhalisinə informasiya xidmətinin genişləndirilməsinə diqqət artırılmış, kütləvi informasiya vasitələrinin gücündən istifadə olunaraq rayonun həyatında baş verən yeniliklərin və hadisələrin əhaliyə vaxtında çatdırılması təmin edilib. Ölkənin nüfuzlu 8 mətbu orqanının, 5 informasiya mərkəzinin, 5 televiziyanın nümayəndələri ilə işgüzar əlaqələr qurulub, rayonda aparılan sosial-iqtisadi inkişafın konkret nəticələri həm ölkənin rəsmi nəşrlərində, həm  televiziyada, həm də yerli «Suqovuşan» qəzetində geniş işıqlandırılıb.

İctimai asayişin qorunması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətlərin qarşısının alınması və onların açılması sahəsində rayonun hüquq-mühafizə, prokurorluq və digər əlaqədar orqanları tərəfindən xeyli iş görülüb. 2014-cü ildə rayon ərazisində qeydə alınmış cinayətlərin açılması əsasən təmin edilib. Narkotik vasitələrin satışı, onların saxlanılması və narkotik xassəli bitkilərin əkinlərinin qarşısının alınması  istiqamətində aparılan işlər gücləndirilib.

Rayon Yaşıllaşdırma Sahəsi tərəfindən 70 mindən çox ağac və gül kolları əkilmiş, onlara aqrotexniki qulluq göstərilmiş, qorunması üçün lazımi tədbirlər görülür.

2014-cü ilin dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ötən ilin əlamətdar hadisələrindən olmuşdur. Sabirabad rayonunda da bu seçkilər «Azərbaycan Respublikasının Seçki Məcəlləsi»nin tələblərinə tam uyğun təşkil edilmişdir. Bələdiyyə seçkilərində 91467 seçicinin 38087 nəfəri, yəni 41,64 faizi iştirak edib, 25 bələdiyyəyə 263 nəfər üzv seçilib. Bunlardan 175 nəfəri YAP-ın, 14-ü digər partiyaların nümayəndələri, 74-ü isə bitərəfdir. Üzvlərin 107 nəfəri gənc (40,7 faiz), 101 nəfəri qadındır (38,4 faiz). Bələdiyyələrin birinci iclasında 23 YAP, 2 digər partiyanın üzvü, 1 bitərəf sədr seçilmişdir. Onlardan 9-u qadın, 8-i 30 yaşınadək gəncdir.

2014-cü ildə rayon İcra Hakimiyyəti başçısı aparatına vətəndaşlardan 2039 ərizə və şikayət daxil olmuşdur ki, bu da ötən illə müqayisədə 541 ədəd azdır. Müraciətlərin bir qismi rəhbər dövlət orqanları vasitəsilə alınmışdır.

Ümumi müraciətlərin 1513-nü və ya 74 faizini birdəfəlik maddi yardım, təbii fəlakət, kənd təsərrüfatı və mənzil məsələləri təşkil etmişdir. Rəhbər təşkilatlardan nəzarətə götürülmüş ərizə və şikayətlərə vaxtında cavab verilmişdir.      

2014-cü ildə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 1106 nəfər vətəndaş qəbul edilib və qaldırılan məsələlərə qanunamüvafiq qaydada baxılıb. 2014-cü ildə vətəndaşların səyyari qəbullarına böyük önəm verilib. Tərtib olunmuş qrafik əsasında rayon rəhbərliyi tərəfindən inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə aidiyyəti üzrə xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə 43 səyyar qəbul keçirilib, bu görüşlərdə 132 nəfərin (ümumi iştirak edənlərin sayı 4627) müraciəti qeydə alınıb. Səslənən təkliflərin icrası ilə bağlı müvafiq tədbirlər görülmüş, həlli rayonun imkanları xaricində olan müraciətlər barədə aidiyyəti üzrə müvafiq orqanlar qarşısında məsələlər qaldırılıb. Əsasnaməyə uyğun olaraq 2014-cü ildə rayon İcra Hakimiyyəti başçısı yanında 24 şura iclası keçirilərək rayonun sosial-iqtisadi, mədəni həyatı ilə bağlı 30 məsələ müzakirə olunub.

 

Tarix
25 İyun 2015 [19:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin