Qubada təcili yardım avtomobili qəzaya düşüb - FOTO

11:22 - 7 İyul 2024 - HADİSƏ

Quba şəhərində zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə H.Əliyev prospekti ilə Memar Əcəmi küçələrin kəsişməsində baş verib.

İki "Mersedes" markalı avtomobillər və TƏBİB-ə məxsus təcili tibbi yardım avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Qəzaya səbəb kimi elektrik enerjisinin kəsilməsi nəticəsində işıqforun işləməməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.///apa


Xəbər xətti