Ana səhifə
14 Noyabr 2018

Qonşusu ilə qaçan gəlinə görə qayınana intihar edibmiş - ŞOK

Şabranda iki uşaq anasının qonşusu ilə qoşulub qaçmasına görə qohumları ondan imtina ediblər.

 

 

Ucnoqta.az xəbər verir ki, Hadisədən sonra Gülər Məmmədova atası evindən bayıra çıxmır. Bu haqda əldə etdiyimiz məlumatda bildirilir ki, qohumları bu hərəkətinə görə ondan imtina ediblər. Onlar bu rüsvayçı hadisənin bütün nəsil adına başaşağılıq gətirdiyini bildiriblər.

 

 

Onu da yada salaq ki, iki il əvvəl G.Məmmədovanın hərəkətlərinə dözməyən qayınanası özünü yandırıb və həyatını xilas etmək mümkün olmayıb.

 

 

Qeyd edək ki, üzərindəki ləkəni təmizləmək üçün ANS-in “Adam içində” verilişinə danışan gəlin və valideynləri faktı heç cürə ört-basdır edə bilməyiblər. Atası qızının qaçmadığını və evində olduğunu söyləyib. O halda polisə axtarış üçün niyə zəng etməsi sualına cavab tapmayıb. Bildirib ki, səhv edib.

 

 

Studiyaya gələn əri Rəşad Məmmədov Gülərin valideynlərinin dediklərini ağ yalan adlandırıb. Gülərin qoşulub qaçmaqda adı hallanan qonşu İlham Atayev isə telefon xətti ilə efirə qoşularaq onunla heç bir şəxsi münasibətinin olmadığını bildirib (axar.az). 

 

Tarix
23 Oktyabr 2014 [13:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin