Ana səhifə
24 Sentyabr 2018

Mətbuat katibi işdən çıxmasından danışdı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əlinin vəzifəsindən kənarlaşdırılıb

 

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əlinin vəzifəsindən kənarlaşdırılması haqda xəbərlər yayılıb. Bununla bağlı açıqlama verən Orxan Əli bildirib ki, işdən özü ayrılıb: «Hörmətli dostlar! Əziz jurnalist həmkarlarım! Mənim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsindən azad olunmağımla bağlı mətbuatda məlumat yayılıb. Lakin xəbərdə bir sıra yanlışlıqlar var ki, buna aydınlıq gətirmək istəyirəm. “Trend” İnormasiya agentliyinin "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb" adlı xəbərində deyildiyi kimi, "kənarlaşdırılma" deyil öz ərizəmlə işdən azad olunmuşam. Məsələ bundadır ki, Dövlət Komitəsində mətbuat katibi üçün ştat olmadığından mən rəsmi olaraq Şimal bölgəsi üzrə aparıcı məsləhətçi olmuşam və mətbuat katibi vəzifəsini icra etmişəm. Bir neçə gün öncə Komitə rəhbərliyi tərəfindən mənim fəaliyyətimi Qubada (Şimal bölgəsi) davam etdirməyim təklif olundu. Mövcud şəraitim buna imkan vermədiyi üçün öz ərizəmlə işdən azad olundum. Xəbərdə olan digər yanlışlıq isə mənim "2012-ci ilin iyun ayından" bu vəzifədə çalışmağımdır. Belə ki, mənim Komitədə fəaliyyətim iyun ayından deyil rəsmi olaraq sentyabr ayından başlayıb. Hər birinizə göstərdiyiniz diqqət üçün təşəkkür edirəm. Xüsusən də bu 2 ildə birbaşa Komitə ilə işləyən jurnalistlərə xüsusi minnətdarlığımı bildirirəm”.

 

 

Aygün

Tarix
23 Oktyabr 2014 [13:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin