Tayvana 23 təyyarə və 7 Çin gəmisi yaxınlaşıb

08:55 - 24 İyun 2024 - DÜNYA

Tayvan silahlı qüvvələri bir gündə Çin Xalq Azadlıq Ordusunun 23 təyyarəsi və 7 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə adanın müdafiə departamenti məlumat yayıb. Departamentin saytında verilən açıqlamaya görə, 19 təyyarə Tayvan boğazının orta xəttini keçərək adanın şimal, cənub-qərb və şərq hissələrində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.

Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə edərək cavab verib.

Xəbər xətti