HƏMAS ilə aktiv döyüşlər mərhələsi başa çatır - Netanyahu

00:24 - 24 İyun 2024 - DÜNYA

Qəzza zolağının Rəfah şəhərində radikal Fələstinin HƏMAS hərəkatı ilə aktiv döyüşlər mərhələsi tezliklə başa çatacaq.

Ucnoqta.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu İsrail televiziyasının 14-cü kanalına müsahibəsində deyib.

"Rəfəhdə hərbi əməliyyatların intensiv mərhələsi tezliklə başa çatacaq, lakin biz əməliyyatlara və zərbələrə davam edəcəyik və təslim olmayacağıq. Biz bütün gücümüzlə onları vururuq" - Netanyahu deyib.

O əlavə edib ki, döyüşlərin intensivliyi azalsa belə, İsrail müharibəni dayandırmayacaq və HƏMAS-ı məhv etməyə çalışacaq.///tass

Xəbər xətti