Ana səhifə
19 Sentyabr 2018

“Sima” mükafatı təqdim ediləcək...

Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzi “Sima” mövsümi Teatr Mükafatını təsis edib. Mükafat teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin və ayrı-ayrı ifaçıların mükafatlandırılması məqsədilə təsis olunub. 

 

 

 

Mükafat  “ən yaxşı tamaşa”,  “ən yaxşı rejissor işi” (böyük tamaşaları üzrə), “mövsüü seçilən aktyoru” (böyük tamaşaları üzrə), “mösümün seçilən aktrisası” (böyük tamaşaları üzrə), “mövsümün seçilən aktrisası” (uşaq tamaşaları üzrə), “mövsümün seçilən  aktyoru” (uşaq tamaşaları üzrə), “ən yaxşı rəssam işi”, “şərəf və ləyaqət”, “teatrın dostu” nominasiyaları olmaqla 9 adda müəyyənləşdirilib. Artıq münsiflər heyəti iclas keçirərək gizli səsvermə yolu ilə nominantları müəyyənləşdiriblər.

 

Qeyd edək ki, mükafatın təqdimat mərasimi iyulun ortalarında - 87-ci teatr mövsümünün yekununa həsr olunmuş iclasda həyata keçiriləcək. Mükafatçılara xüsusi priz, diplom və pul mükafatı da təqdim ediləcək.

Tarix
24 İyun 2015 [16:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin