Ana səhifə
21 Sentyabr 2018

Fərda Xudaverdiyevin maşın krediti hələ bitməyib

«Bankla problemim qalmayıb, borc ödəndi»

 

 

 

Yumorist Fərda Xudaverdiyev bu yay dincəlməyəcək. Aktyor rol aldığı yeni filmlərdən xəbər verib: “İyulun sonuna kimi “Top kimi şou” yayımlanacaq. Daha sonra istirahətə yollanacağıq. Yeni mövsümdə isə studiya dizaynı və format dəyişiləcək. İyuldan isə İlham Qasımovun rejissorluğu ilə çəkilən yeni filmdə rol alacam. Komediya janrındadır, baş roldayam. Gözəl ssenaridir. Sentyabrdan isə “Gecə qonağı” adlı bir film nümayiş olunacaq. Kənan M.M. lentə alıb. Burada tam ciddi bir obrazdayam. Elməddin Cəfərovla lentə aldığımız “Xoxan”ın ikinci hissəsini də bu yay çəkəcəyik”.

 

F.Xudaverdiyev bir müddət əvvəl bankla aralarında yaranan problemdən də danışıb: “Problemi yoluna qoydum. Məndən asılı olmayan səbəblər var idi. Burada da tək döyüşdüm və həll etdim. Bankla problemim qalmayıb, borc ödəndi. 10 faiz qalıb. Onu da qaydasına qoyacam”.

Qeyd edək ki, aktyorun satdığı bir avtomobilin krediti ilə bağlı bankla arasında problem yaranmışdı. Bankın borcu ödənmədiyi üçün F.Xudaverdiyev həbs olunma təhlükəsi ilə üzləşmişdi.

Tarix
24 İyun 2015 [16:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin