Minik avtomobili traktorla toqquşub, ölənlər var

21:41 - 19 İyun 2024 - ÖLKƏ İÇİ

Füzuli-Ağdam yolunda minik avtomobili traktorla toqquşub, ölənlər var.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, bu gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib. Nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatını itiriblər.

Araşdırma aparılır.

Xəbər xətti