Ana səhifə
15 Noyabr 2018

Sabirabadda abadlıq-quruculuq işləri davam etdirilib

Rayonda 300 milyon manatlıq məhsul istehsal edilib

 

 

Dünya iqtisadiyyatında gedən tənəzzülə və maliyyə böhranına baxmayaraq ölkədə aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2014-cü ildə Azərbaycanda ümumi makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafı təmin edilib, regionlarda yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması istiqamətində xeyli işlər görülüb, əhalinin sosial rifahı yüksəlib.  Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülüb. Uğurlu nəticələr Sabirabad rayonun sosial-iqtisadi göstəricilərində də özünü göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu rayona səfəri hər bir sabirabadlıda xoş ovqat yaradıb.i Prezident dekabrın 15-i və 16-da Sabirabada olarkən 12 yaşayış məntəqəsini birləşdirən 46 km-lik Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş 100 yerlik uşaq bağçasının, regional «ASAN xidmət»i üçün 4 mərtəbəli möhtəşəm binanın, şəhərə çəkilən içməli suyun açılış mərasimlərində, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş Mədəniyyət evinin əsaslı təmirdən sonra təqdimatında iştirakı, ASAN Könüllülərinin I Ümumrespublika Forumunun ölkə başçısının rəhbərliyi ilə Sabirabadda Heydər Əliyev Mərkəzində keçirilməsi hər bir sabirabadlıda böyük sevinc və fərəh hissi doğurub.
 

Bu gün sabirabadlılar möhtərəm Prezidentin rayonumuza səfərinin xoş təəssüratları altında daha böyük nailiyyətlər qazanmaq əzmi ilə çalışırlar.
2014-cü ildə istehsal olunan məhsulun həcmi 300 milyon 837 min manat olub. Əsas kapitala yönəldilən investisiyaların həcmi 47 milyon 886 min manat təşkil edib, 35 milyon 645 min manatlıq  tikinti-quraşdırma işləri aparılıb. 6 milyon 390 min manatlıq  sənaye məhsulu, 182 milyon 953 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Əhaliyə 477 min manat həcmində rabitə, 40 milyon 223 min manat pullu xidmət, 4 milyon 441 min manat nəqliyyat xidməti, 6 milyon 529 min manatlıq iaşə xidməti göstərilib. Pərakəndə əmttəə dövriyyəsi 189 milyon 976 min manata çatıb. 2013-cü illə müqayisədə 2014-cü ildə sənaye məhsulu 20,8 faiz, kənd təsərrüfatı məhsulu 9,4 faiz artıb, rabitə, pullu xidmətlər, pərakəndə əmtəə dövriyyəsi əvvəlki ildən çox olub. Adambaşına düşən pul gəlirləri, orta aylıq əmək haqqı ötən ilə nisbətən artıb.
 

Rayonda abadlıq-quruculuq işləri davam etdirilib. Şəhərin 20 Yanvar küçəsində yerləşən 8, 24 və 30 saylı beşmərtəbəli, 10 və 12 saylı üçmərtəbəli, 27 saylı ikimərtəbəli yaşayış binalarının fasad hissələri üzlük plitələrlə üzlənib, plastik pəncərələr quraşdırılıb, dam örtükləri dəyişdirilib. Heydər Əliyev prospektində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş 2 c saylı ikimərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunub, prospektdən Kürkəndi kəndi istiqamətində abadlıq işləri aparılmaqla müasir işıq dirəkləri quraşdırılıb, piyada səkilərə üzlük material döşənərək bardyur düzülüb. Heydər Həmidov küçəsinə asfalt döşənib, səki salınıb, hasarlar suvanaraq rənglənib, işıqlandırma sistemi quraşdırılmaqla yeni dirəklər basdırılıb, qaz xətti dəyişdirilib, hava rabitə verilişi xətləri yeraltı kabellərlə  əvəz olunub. Muğan prospektində və həmin prospektdən Saatlı rayonu istiqamətində magistral avtomobil yolunun hər iki tərəfində şəhərin görkəminə xələl gətirən yararsız ticarət və digər obyektlər qaydaya salınıb. Rayonun Nizami kəndində istirahət parkı salınmış, ticarət və digər obyektlər təmir olunub, piyadalar üçün səki çəkilmiş, bir sıra evlərin dam örtükləri dəyişdirilib.
 

Məlum olduğu kimi, 2014-cü il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə «Sənaye ili» elan olunub. Hesabat dövründə rayonda 75 müəssisə yaradılmış, 1035 yeni iş yeri açılıb ki, bunun da 924-ü daimi, 111-i isə müvəqqəti iş yerləridir.
 

Rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2013-cü il tarixli 3003 saylı Sərəncamına əsasən uzunluğu 46 km olan Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunda əsaslı təmir işləri başa çatdırılıb. Şirvan-Həşimxanlı-Sabirabad avtomobil yolunun 10 km-lik hissəsində əsaslı təmir işləri aparılıb. Hacıqabul-Bəhrəmtəpə-Horadiz  magistral avtomobil yolundan Əhmədabad kəndinə qədər olan 6 km yola asfalt döşənib. 20 min nəfər əhalinin yaşadığı, 10 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 km olan Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti 16 dekabr 2014-cü il tarixli 927 saylı Sərəncam imzalamışdır. Hazırda yolun çəkilişi ilə əlaqədar layihə-smeta sənədləri hazırlanıb və bu il tikinti işlərinə başlanılıb. Həmin layihə çərçivəsində Şəhriyar, Axtaçı, Xəlfəli, Yastıqobu, Əsədli, Qalaqayın, Balakənd, Zəngənə kəndlərinə də asfalt yolun çəkilməsi nəzərdə tutulub. Əhalinin uzun illərdən bəri səbirsizliklə gözlədiyi həmin yolun tikintisinə bu il başlanacaq. Şirvan-Noxudlu-Salyan avtomobil yolunun  tikintisi ilə əlaqədar hazırlıq işləri görülüb.
 

Sabirabad rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Bu sahədə islahatların həyata keçirilməsi nəticəsində kənd təsərrüfatının əkin strukturunda ciddi dəyişiklik baş verib və 2014-cü ildə məhsul istehsalı əvvəlki illərlə müqayisədə xeyli artıb.
 

2013-cü ilə nisbətən 2014-cü ildə 57187 hektarda əkin aparılıb ki, bu da əvvəlki illərdən artıqdır. Əkin sahələrinin 23850 hektarında taxıl, 22409 hektarında yonca, 7427 hektarında bostan-tərəvəz, 1696 hektarında pambıq, 1291 hektarında kartof, 504 hektarında dənli-paxlalı məhsul əkilib və toplanıb. Həmin sahələrdən 2014-cü ildə 2013-cü illə müqayisədə 5648 ton  (7 faiz) artıq olmaqla 84403 ton taxıl, 102 ton (4 faiz) çox olmaqla 2170 ton dənli-paxlalı, 1598 ton (11 faiz) artıq olmaqla 15956 ton kartof, 6648 ton (4 faiz) artıq olmaqla 112774 ton bostan-tərəvəz, 990 ton (6 faiz) artıq olmaqla 16460 ton meyvə-giləmeyvə və digər kənd təsərrüfatı məhsulları istehsal edilib. Keçən il nar istehsalı da xeyli artaraq 10462 tona çatıb.
Əkinçiliyin inkişafında torpaqların suvarılması və meliorasiya işlərinin aparılması məqsədilə ötən il 1910 km uzunluqda su kanalları və dren-kollektor şəbəkəsi lildən təmizlənib.
 

Moranlı, Sarxanbəyli, Əliləmbəyli, Azadkənd və digər kəndlərdə kənd təsərrüfatı məhsulları istehsalçılarının və əhalinin başlıca problemlərindən biri su təminatı problemi olub. Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin rayona səfərindən sonra  məsələ həllini tapıb. Belə ki, Nazirlər Kabinetinin 30 dekabr 2014-cü il tarixli 424 «S» saylı sərəncamına əsasən uzunluğu 15 km olan «H» suvarma kanalının yenidən qurulması və adı çəkilən kəndlərin su təminatının yaxşılaşdırılması üçün 1,0 milyon manat  vəsait ayrılıb. Layihəyə əsasən  mövcud kanaldan əlavə  15 km uzunluğunda yeni kanal çəkiləcək və suyun məhsuldarlığı 3 kubmetrdən 8 kubmetrə qədər çatdırılacaqdır ki, bu da həmin ərazilərdə  kənd təsərrüfatının inkişafına  ciddi təkan verəcəkdir.

 

Tarix
24 İyun 2015 [17:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin