Ana səhifə
22 Oktyabr 2018

Lənkəranda güclü yanğın baş verib

Lənkəranda güclü yanğın baş verib.


 

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 3-də günorta saatlarında Lənkəran-Lerik şosse yolunun 2-ci km-də, rayon sakini Salman  Hüseynova məxsus yanacaqdoldurma məntəqsəsinin ərazisində qeydə alınıb.

 

46 yaşlı Lənkəran rayon sakini Maqsud  Hacıbala oğlu Xanməmmədovun idarə etdiyi “DAF”  markalı, 44 AC 504 dövlət nömrə nişanlı yanacaqdaşıyan sisterndən yanacaq boşaldılarkən maşının arxa təkəri və nasos hissəsi qəfil yanmağa başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran, Masallı, Astara rayonlarındakı yanğından mühafizə hissələrindən 6 yanğınsöndürən maşın və şəxsi heyəti, həmçinin FHN-nin Cənub Regional İdarəsinin əməkdaşları cəlb olunublar. Təxminən yarım saat ərzində yanğın tam söndürülüb və təhlükənin qarşısı alınıb.

 

Yanğın nəticəsində yanacaqdoldurma məntəqəsinin operatoru, Lənkəran rayon sakini, 35 yaşlı Fariz Əliyev II və III dərəcəli yanıq xəsarətləri alıb. O, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Müvafiq tibbi yardımdan sonra F. Əliyevin vəziyyəti stabildir.

 

İlkin versiya kimi yanğına yanacaq daşıyan avtomobilin arxa təkərində və nasos  hissəsində yaranan nasazlığın səbəb olduğu bildirilir. Qeyd edək ki, ərazisində yanğın baş verən yanacaqdoldurma məntəqəsi yaşayış evlərinin və magistral yolun yaxınlığında yerləşir.

 

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Aparılan iş nəticəsində ST OIL yanacaqdoldurma məntəqəsinin ərazisində "Coşqun" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus 30 ton yanacaq daşıyan "KamAZ" markalı avtomobilin arxa təkərləri və nasos hissəsini əhatə edən yanğın söndürülüb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Avtomobilin qalan hissəsi və yanacaq doldurma məntəqəsi yanğından mühafizə olunub. 

 

Tarix
3 Oktyabr 2014 [18:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin