Küveytdə baş verən yanğında ölənlərin əksəriyyəti Hindistan vətəndaşları olub

10:44 - 13 İyun 2024 - DÜNYA

Küveytin cənubundakı Manqaf şəhərində baş verən yanğında ölən işçilərin əksəriyyəti Hindistan vətəndaşları olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə hökumət adından Küveytə uçan ölkənin xarici işlər üzrə dövlət naziri Kirti Vardhan Sinq bildirib.

Sinq bildirib ki, ölənlərin sayı təxminən 48-49 nəfərdir, onlardan 42 və ya 43-nün hindistanlı olduğu güman edilir. Onun sözlərinə görə, Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ölənlərin qalıqlarını ölkəyə çatdırmaq üçün hazır vəziyyətdədir.

Yanğın zamanı xəsarət alanlar arasında yerli xəstəxanalarda müalicə alan çoxlu Hindistan vətəndaşı da var. Küveytdə ümumilikdə 1 milyona yaxın hindli yaşayır.

Xəbər xətti