Ermənistan hökuməti istefa verəcək, əgər ... - Paşinyan

14:47 - 12 İyun 2024 - DÜNYA

Hökumət yalnız xalq istəsə istefa verəcək.

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Mən onlarla dəfə bəyan etmişəm ki, əgər Ermənistan xalqı hakimiyyət dəyişikliyini istəyirsə, o zaman Ermənistan Respublikasının xalqı bu dəyişikliyi həyata keçirəcək”, - o, parlament parkında keçirdiyi brifinqdə deyib. 

Paşinyan həmçinin parlament binası yaxınlığında çoxlu sayda polis qüvvələrinin və xüsusi texnikanın yığılmasını qanunvericilik orqanının normal fəaliyyətinin təmin edilməsi zərurəti ilə izah edib.

Xəbər xətti