Ana səhifə
20 Sentyabr 2018

"Ermənistan görüşə konstruktiv əhvalla gedir"

Ucnoqta.az xəbər verir ki, Ermənistan tərəfi bu ayın sonunda Parisdə keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə konstruktiv əhval-ruhiyyə ilə gedir. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan cümə axşamı jurnalistlərə bildirib. Bu barədə Trend "Novosti-Armeniya"ya istinadən xəbər yayıb.

 

Onun sözlərinə görə, Yerevan Fransa Prezidenti Fransua Ollandın bu təşəbbüsünü yüksək qiymətləndirir.

Nalbandyan qeyd edib: “Parisdə görüş son üç ay ərzində həmsədr ölkələr tərəfindən təşəbbüs göstərilən sayca ikinci görüş olacaq. Bu, həmsədr ölkələrin Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesində irəliləyişə nail olması üçün yekdil fəal səylər göstərmək qətiyyətlərini nümayiş etdirir”.

Fransa Prezidenti Fransua Olland bundan əvvəl Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi barədə təşəbbüslə çıxış edib.

 

Tarix
23 Oktyabr 2014 [13:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin