Ana səhifə
20 Noyabr 2018

Ebola həyəcanı Tbilisini qarışdırdı

Tbilisidə bələdiyyə avtobusunun təşvişə düşmüş sərnişinləri qaradərili sərnişini avtobusdan itələyib küçəyə atıblar.

 

Ucnoqta.az” xəbər verir ki, hadisənin şahidi olmuş yazıçı Lela Kodolaşvili sosial şəbəkədəki səhifəsində yazır ki, buna sərnişinlərin Ebola virusu ilə bağlı təşvişi səbəb olub.

Onun sözlərinə görə, sərnişin qışqıraraq fransız olduğunu desə də, bu, heç bir nəticə verməyib.

Bir müddət əvvəl Gürcüstanın səhiyyə və sosial müdafiə naziri David Sergeyenko bəyan edib ki, Gürcüstanda Ebola virusunun yayılması ilə bağlı heç bir təhlükə yoxdur: "Bir fakt belə qeydə alınmayıb, biz Afrikadan gələn bütün əcnəbiləri izləyirik, odur ki, heç bir təhlükə yoxdur".

Hazırda Afrikadan gəlmiş bir neçə şəxs gürcü həkimlərin müşahidəsi altındadır. Xəstəliyin 21 gün davam edən inkubasiya dövrü başa çatdıqdan sonra onların üzərindən nəzarət götürüləcək.

 

Trend

Tarix
23 Oktyabr 2014 [13:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin