Ana səhifə
25 Sentyabr 2018

Əli Əhmədov icbari tibbi sığortadan danışdı

Azərbaycanda icbari tibbi sığortanın tətbiqində tələskənliyə yol vermək olmaz.

 

Ucnoqta.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Ə.Əhmədov qeyd edib ki, bu mənada daha çox işləmək, yüz ölçüb-bir biçmək lazımdır ki, səhv buraxılmasın.

Azərbaycanda icbari sığortanın tətbiqi ilə əlaqədar qanunvericilik bazasının olduğunu deyən Ə.Əhmədov bildirib ki, icbari tibbi sığortanın tətbiqi Azərbaycanın 10 milyona yaxın vətəndaşının hər birinin marağına toxunan məsələ olduğuna görə kifayət qədər həssaslıq tələb edir.

O qeyd edib ki, ayrı-ayrı ölkələrin timsalında, xüsusilə keçmiş Sovet İttifaqı ölkələrində bu sahədə bir sıra nöqsanlara yol verilib: “Bu da həmin ölkələrdə aparılan islahatların lazımi nəticəyə gətirib çıxarmasına imkan vermədi. Ona görə də çalışmalıyıq ki, tələsmədən, ancaq qarşımıza qoyduğumuz məqsədə qəti addımlarla gedərək, nöqsanlara yol vermədən insanların sağlamlığının qorunması üçün ən əlverişli sistemin yaranmasına nail ola bilək”.

 

Tarix
23 Oktyabr 2014 [13:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin