Ana səhifə
12 Dekabr 2018

Tale Heydərov açılış mərasimində

Oktyabrın 22-də Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinin rəsmi açılış mərasimi keçirilib.

 

 

Ucnoqta.az”ın APA-ya istinadən xəbərinə görə, Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqress Mərkəzində təşkil olunan mərasimdə “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, Milli Olimpya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Frans Şrayber çıxış edib.

 

Qeyd edilib ki, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının oktyabrın 23-də Qəbələ Stend və Ox Atıcılığı Kompleksində start götürəcək final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan güllə və stend olimpiya atıcılıq növləri üzrə 280 idmançı iştirak edəcək.

 

Məlumat verilib ki, bu il ərzində dünya kuboku uğrunda yarışlar dünyanın müxtəlif ölkələrində 7 mərhələdə (Tukson (ABŞ), Fortbenninq (ABŞ), Münhen (Almaniya), Qranada (İspaniya), Maribor (Sloveniya) və Almatı (Qazaxstan) keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən dünya kuboku uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar. Bu yarış Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab olunur. Qəbələdə keçirilən final yarışlarında dünyanın 40 ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və qonaq iştirak edir. Ölkəmizi bu beynəlxalq yarışlarda dairəvi stend atıcılığı üzrə Nurlanə Cəfərova və Emin Cəfərov, güllə atıcılığı üzrə İradə Aşumova və Ruslan Lunev təmsil edir. 

 

Qeyd edək ki, oktyabrın 23-dən 27-dək keçiriləcək yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı olan “ISSF TV” vasitəsilə ilə canlı olaraq yayımlanacaq.

 

Tarix
23 Oktyabr 2014 [13:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin