Ana səhifə
20 Oktyabr 2018

“Bu qədər tanınmağımı düşünmürdüm və hazır deyildim” - Müsahibə

Aydəmir Aydəmirov: “İlk Avropa Oyunlarından sonra dostlarımın sayı artdı, gözəl insanlarla tanış oldum”

 

 

Azərbaycanın ev sahibliyi etdiyi İlk Avropa Oyunlarında məşəlimizi alovlandıran Dövlət Rəqs Ansamblının solisti, rəqqas Aydəmir Aydəmirov “Üç nöqtə”yə təəssürtalarını bölüşüb. Rəqqas qeyd etdi ki, Avropa Oyunlarının açlışından sonra bu qədər tanınmasımı təsəvvür etməyib. O, buna görə Azərbaycan xalqına təşəkkürünü bildirir.

 

- Ölkəmizdə keçirilən İlk Avropa Oyunlarının məşəlini yandırdınız. İlk öncə bu haqda təəssürtlarınızı bilmək istərdik...

- Mənim üçün məşəli yandırmaq həm həyəcanlı, həm də sevindirici hal idi. İlk öncə bildirim ki, 10 ildir Dövlət Rəqs Ansamblında işləyirəm. Mart ayında Dövlət Rəqs Ansamblına xaricilər gəldi. Bildirildi ki, xaricilər Avropa Oyunlarına görə gəliblər. Bizim şəkillərimizi çəkdilər və sonra 8 oğlan, 8 qız seçildiyini bildirdilər. Beləliklə, bizi seçimlərə dəvət etdilər.

 

- Aydəmir bəy, 8 oğlan arasından seçiləcəyinizi gözləydinizmi?

- Düzü, seçiləcəyimizi təssəvvür etmirdik. Çünki orada nə boy-buxun, nə gözəllik lazım deyildi. Bizə təbii olmaq və hər bir şeyi hiss eləmək lazım idi. Bütün formalarda məşqlər etdik; hərəkət etmək, baxış və daş atmaq və s. Seçimlərdə iştirak edənlər dostlarım, ansamblın rəqqasları idi və aramızda elə bir rəqabət yox idi. Yəni, kimin seçiləcəyini ağlımıza belə gətirmirdik. Bir müddət sonra çəkilişlər oldu və qeyd etdiyim kimi, hər bir addımımıza qədər çəkirdilər. 10 gün sonra bir nəfər zəng etdi və bizi təbrik elədi. Bildirdi ki, siz seçimlərdə qazanmısınız və məşqlərə dəvət edirik. O an sevincimin həddi-hüdudu yox idi. Bir yandan da həyəcan vardı ki, qarşıda məni böyük bir iş gözləyir.

 

- Seçimlərdə iddialı idinizmi ki, mütləq məşəli yandırmalıyam?

- Təbii ki, iddialı idim, amma o qədər də düşünmürdüm. Bizə bildirmişdilər ki, hərəkəti və hissi yaşamaq lazımdır. Məşqlərdə öz üzərimdə hədsiz dərəcədə çox işləyirdim. Çünki qarşımda böyük bir iş olduğunu bilirdim. Hətta hərəkətləri  gözüyumulu edirdim ki, görüm, bacaracam. Hər bir addıma qədər əzbərləmişdim, stadionun ortasından axırına qədər .

 

- Siz Dövlət Rəqs Ansamblında solist işləyirsiniz. Nə vaxtsa belə bir tədbirdə iştirak edəcəyinizi və tanınanacağınızı düşünmüşdünüzmü?

- Təbii ki, bu dərəcədə tanınmağı düşünməmişdim. Əksər insanlar deyir, sərmayə və şöhrət əldə edəcəksən, amma bu dərəcədə düşünmürdüm. Çünki mənim ağlımda öz işimi yetərincə gözəl görmək idi. Dövlət Rəqs Ansamlıbda gözəl bir qrupla  işləyirdim.

 

- Bəs, niyə indiyə qədər rəqqas kimi televiziyalarda çıxış etməmisiniz?

- Biz dövlət işçisi olduğumuza görə dövlət tədbirlərində iştirak edirdik. Hər bir dövlət tədbirində də çəkiliş olur. Sadəcə olaraq, belə bir hadisəni yaşayacağımı düşünmürdüm.

 

- Bir az əvvəl bildirdiniz ki, gözüyumulu məşqlər edirdim ki, hər hansı səhv etməyəsiniz. Daxilinizdə hər hansı bir tərəddüd vardımı ki, açılışda hansısa bir səhv hərəkət edə bilərəm?

- Xeyr, elə bir düşüncəm yox idi. Öz üzərimdə çox işləmişdim və özümə də çox arxayın idim. Çünki hər bir nöqətəyə qədər öz üzərimdə dəqiq işləmişdim. Açılışda həyəcanlı idim və yanımda elektron olan bir şeylər vardı. Onlarda problem olmasın deyə həyəcan keçirirdim. Hətta Qobustan qayalarının üzərinə çıxanda çox həyəcanlı idim. Çünki bizi bütün dünya izləyirdi. Şükr Allaha, üzərimizə düşən işin öhdəsindən gəldik. Orada elə hallar var idi ki, hər hansı bir səhvlə yana bilərdim. Səhv etməməyə və diqqətli olmağa çalışırdım. Daşı dəqiq atmalı idim və buna görə də çox məşqlərimiz olmuşdu. Rejissor Dimitri Papayani hər bir hərəkəti izah etmişdi.

 

- Avropa Oyunlarından sonra tanınmaq həyatınızda nələri dəyişdi? Sizə insanların münasibəti necədir?

- İlk öncə Azərbaycan xalqına təşəkkür edirəm ki, mənim əziyyətimi qiymətləndirdilər. Tanınmağa gəlincə, qeyd edim ki, insanların səmimi qarşılaması və gözəl sözlər bildirməsi hədsiz dərəcədə sevindirdi. Mən azərbaycanlı olduğum üçün fəxr elədim. Bu dərəcədə tanınacağımı və Azərbaycan xalqının bu cür qiymətləndirəcəyini düşünməmişdim. İlk Avropa Oyunlarından sonra dostlarımın sayı artdı, gözəl insanlarla tanış oldum. Bu qədər tanınmağa hazır deyildim.

 

- Tanındıqdan sonra sizi daha çox təəccüblənirən nə oldu?

- Daha çox təəccübləndirən İlk Avropa Oyunlarının açılışı bitən kimi Azərbaycan xalqının mənə verdiyi qiymət oldu. Zəhmətim çətin görünsə də, işimi insanların diqqəti asanlaşdırmışdı. Mən əvvəllcədən düşünmüşdüm ki, obrazımı ən gözəl şəkildə insanlara çatdırmalıyam.

 

- Vəzifəniz çətin və diqqət tələb edən bir proses idi. Sizin üçün açılışda daha çətin olan hansı hərəkət idi?

- Edəcəyim hərəkətləri və öz nöqtələrimi çox gözəl bilirdim. Çünki daş atmaq, məşəli yandırmaq və dağa çıxmağın yetərincə məşqini etmişdim. Bilirdim ki, öhdəsindən gələcəm. Səhərdən saat 1-dək məşq edirdim ki, mənim üçün açılış rahat olsun və işimin öhdəsindən yaxşı gəlim.

 

- Aydəmir bəy, kariyeranızda bundan sonrakı hədəfləriniz nələrdir?

- Öz sənətimi çox sevirəm. Dövlət Rəqs Ansamblında bundan da böyük uğurlara  addım atmağa hazıram və öz üzərimdə də işləyirəm.

 

- Özünüza aktyor kimi də sınamaq istərdinizmi? Seriallardan təklif gəlsə qəbul edərsinimzi?

- Bəli, seriallardan təklif gəlsə qəbul edərəm. Mən Azərbaycan xalqı ilə hər bir iş görməyə hazıram.

 

- Eşitdiyimzə görə, ailələsiniz və bir övladınız var…

- Bəli, ailələyəm. 2012-ci ildə ailə həyatı qurmuşam və bir oğlum var. Buna görə də çox xoşbəxtəm.

 

- Aydəmir bəy, necə insansınız?

- Mənə həyatda elə bir tərbiyə veriblər ki, insanlara qarşı hər zaman gözəl şeyləri düşünürəm. Çox gözəl dostlarım var. Avropa Oyunlarının açılışdan evə gələndə məni 50 dostum qapıda gözləyirdi. Ona görə də çox sevinirəm ki, mənim gözəl dostlarım var. Eləcə də Azərbaycan xalqının məni alqışlaması gözəl və qürurverici bir hissdir.

 

- Əlavə edəcək fikriniz varmı?

- Dövlətimizin başçısı İlham Əliyevə və bu layihəni təşkil edən birinci xanımımız Mehriban Əliyevaya təşəkkürlərimi bildirirəm. Azərbaycan xalqının qarşısında baş əyirəm.

 

 

Rəqsanə

Tarix
23 İyun 2015 [18:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin