Avropa Oyunları haqda film çəkilir

Rusiya kinematoqrafçılarının iştirakı ilə I Avropa Oyunları haqqında “Bakı-Avropa Oyunları 2015” adlı tammetrajlı sənədli film çəkilir. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Avropa Oyunları ilə yanaşı, filmdə Azərbaycanda qədim tarixi ənənələrə malik olan milli idman növlərinin yaranma tarixindən, inkişafından, xalqın həyat və məişətindəki mühüm yerindən də bəhs ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin “Dublyaj” studiyasında dövlət sifarişi ilə çəkilən filmin ssenari müəllifi Sergey Şaçin və rejissoru Natalya Zavoznenko idman kinosu mövzusunda bir neçə beynəlxalq layihələrin müəllifləridirlər. Filmin operatorları Asif Qəhrəmanov, Allahverdi Şahqulubəyov, İvan Germanov, Aleksandr Koçubeydir.

 

 

Fidan

 

 

Tarix
23 İyun 2015 [17:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2015-06-23 17:35:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin