Ana səhifə
21 Noyabr 2018

I Avropa Oyunları çərçivəsində Martin MakDonax günləri... - FOTO

Gənc Tamaşaçılar Teatrı I Avropa Oyunları çərçivəsində repertuarında olan ən maraqlı Azərbaycan və dünya dramaturgiya nümunələrini şəhərimizin qonaqlarına, eləcə də yerli tamaşaçılarına təqdim etməkdə davam edir. Teatrın yaradıcı kollektivi üç gün ərzində - 22-24 iyun tarixlərində Oskar mükafatçısı Martin MakDonaxın “Lineynin trilogiyası”na daxil olan “Gözəllik kraliçası”, “Konnemarada bir kəllə” və “Yalqız Qərb” tamaşalarını nümayiş etdirəcək.

Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Gənc Tamaşaçılar Teatrı və British Council Azərbaycan nümayəndəliyinin birgə layihəsi çərçivəsində hazırlanmış tamaşaların quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, quruluşçu rəssamı Liza Kuk (Böyük Britaniya), işıq üzrə rəssamı Maykl Manyon (Böyük Britaniya), rejissorları  Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyevadır. Əcnəbi və yerli tamaşaçıların alqışları ilə müşaiyət olunan tamaşalarda teatrın aktyorları, əməkdar artistlər Naibə Allahverdiyeva, Şəfəq Əliyeva, Qurban İsmayılov, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova, Asya Atakişiyeva, Vüqar Məmmədəliyev, Rasim Cəfərov, Manaf Dadaşov, Ramil Məmmədov, Anar Səfiyev, Vüsal Mehrəliyev iştirak edirlər.

 

Bildirək ki, “Yalqız Qərb” tamaşası ötən il Rusiyanın Perm şəhərində dünyada ilk dəfə keçirilmiş I Martin MakDonax Beynəlxalq Teatr Festivalında uğurla çıxış edərək festivalın Fəxri diplomuna və Festival Prezidentinin xüsusi mükafata layiq görülüb.  Gənc Tamaşaçılar Teatrında I Avropa Oyunları ilə bağlı xarici qonaqlar üçün nəzərdə tutulmuş tamaşaların nümayişi iyunun 29-a dək davam edəcək.

Tarix
23 İyun 2015 [19:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin