Almaniya və Niger razılaşdı: Avqusta qədər ...

17:04 - 29 May 2024 - DÜNYA

 Niger və Almaniyanın hakimiyyət orqanları Nigerin paytaxtı Niamey yaxınlığındakı hərbi bazadan istifadə müddətini iki ay müddətinə, 2024-cü ilin avqust ayına qədər uzatmağa razılaşıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı Almaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Almaniya Müdafiə Nazirliyinin əməliyyat planlaşdırılmasına cavabdeh olan nümayəndəsi Günter Şnayder 2024-cü ilin avqust ayına qədər bazada alman hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı Afrika dövlətinin hakimiyyət orqanları ilə ilkin razılıq əldə edib. Hazırkı müqavilənin müddəti mayın 31-də başa çatır.

Qeyd edildiyi kimi, yayın sonuna qədər ölkələr arasında yeni saziş imzalanmalıdır. Almaniya Niger Silahlı Qüvvələrinə avadanlıq və təlim verməklə dəstəyi davam etdirmək niyyətindədir. Almaniya 2013-cü ildən bəri Niger paytaxtındakı bazadan Malidəki sülhməramlı missiyada iştirak edən silahlı qüvvələri təchiz etmək üçün istifadə edir.

Xəbər xətti