Bu yolda nıqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

17:36 - 29 May 2024 - AVTO

Sabah saat 00:00-dan 07:00-a qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 35.6-cı km-də hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, məhdudiyyət yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədardır.

"Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur",- deyə məlumatda qeyd edilib.

Xəbər xətti