Ana səhifə
23 May 2018

Məşhur erməni aktyor: "Ermənilər Azərbaycan mahnılarını çox sevir"

"Ermənistanda Azərbaycan mahnılarını çox sevirlər. Maşınla gedərkən radioda Azərbaycan musiqiləri dinləyirlər". 

Ucnoqta.azxəbər verir ki, bu sözləri erməni əsilli məşhur aktyor, SSRİ xalq artisti Armen Ciqarxanyan deyib. O bildirib ki, iki ölkə arasında düşmənçilik və nifrət daha heç kimə xeyir gətirməyəcək:

"Bilirsiniz ki, erməni və azərbaycanlılar arasında münaqişə uzun müddətdir ki, davam edir. Bütün bunlar çox asan məsələ deyil. Bütün normal adamlar istəyirlər ki, biz dinc yaşayaq. Biz qonşuyuq! Ümumi cəhətlərimiz çoxdur".

Armen Ciqarxanya ABŞ-dakı bir xatirəsini danışaraq azərbaycanlıların müsbət keyfiyyətlərindən danışıb: 

"Mənim Amerikada bir erməni dostum var. Bir dəfə onu Nyu-Yorkda Azərbaycan restoranına dəvət etdim. O isə qəti şəkildə imtina etdi: "Ora getməyəcəyəm!" Mən ondan səbəbini soruşdum: "Sənin anan diabet xəstəsidir. Onu kim müalicə edir?" — "Çox yaxşı həkim olan Maqran".— " O azərbaycanlıdır?" — deyə mən ondan soruşdum. Düşünürəm, o bu sualdan sonra hər şeyi anladı. O başa düşdü ki, hər yerdə yaxşı, normal insanlar var".(ANS PRESS)

Tarix
3 Oktyabr 2014 [21:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin