Ana səhifə
10 Dekabr 2018

Van Damm sərxoş olub İstanbulda jurnalistləri döydü - FOTOLAR

İçib dəliyə döndü

 

51-ci “Qızıl portağal” film festivalına qatılmaq üçün Türkiyəyə gedən tanınmış aktyor Van Damm İstanbulu bir-birinə qatıb.

 

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə gün İstanbulda qalan ulduz əylənmək üçün gəldiyi “Reina” gecə klubunu bir-birinə qatıb. İçkinin miqdarını artıq etdiyi üçün sərxoş olan aktyor çəkildiyi filmlərdəki döyüş bacarıqlarını sərgiləməkdən çəkinməyib.

 

Ayaqda durmaqda çətinlik çəkən ulduz əlindəki spirtli içki şüşəsini yerə vurub sındırıb. Ardınca isə dizi üstə çökərək ünvansız söyüşlər söyüb.

 

Köməkçiləri restoranın içində sakitləşməyən aktyora masaj edərək onu sakitləşdirməyə çalışıblar. Tanınmış ulduz birgə əyləndiyi türk qızların üzərinə bir neçə dəfə qışqıraraq onları təhqir edib.

 

Dəliyə dönən Van Dam hirsini fotomüxbirlərdən çıxarmağa çalışıb.

 

Müxbirlərdən birinə təpik atan Van Dam bu təpiyi boşa gedincə, digər müxbirin üzərinə düşüb.(Ailem.az)

 

Tarix
23 Oktyabr 2014 [12:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin