Ana səhifə
18 Dekabr 2018

Cəlilabad rayonu əsl tikinti meydançasını xatırladır

Üzüm sahələri 1500 hektara çatdırılıb

 

 

 

Cəlilabad rayonunda 2015-ci ilin birinci rübündə də sosial-iqtisadi inkişaf sahəsində uğurlar əldə olunub. Həmişə olduğu kimi, abadlıq və tikinti-quruculuq işləri rayon icra hakimiyyətinin fəaliyyətində əsas yerlərdən birini tutub. Birmənalı şəkildə demək olar ki, indi rayon əsl tikinti meydançasını xatırladır. Tikintisinə keçən ildən başlanan Cəlilabad şəhərində yeni Heydər Əliyev Mərkəzinin, rayon prokurorluğunun, Lənkəran hərbi prokurorluğunun və rayon kənd təsərrüfatı idarəsinin inzibati binalarının, Göytəpə şəhərində Ulu Öndərin heykəlinin ucaldılacağı Heydər Əliyev parkının, mədəniyyət mərkəzinin və idman kompleksinin tikintisi sürətlə davam etdirilir. bEyni zamanda Ələt-Astara magistral yolunun Göytəpə şəhər, Alar, Qarazəncir və Muğan kəndlərinin ərazisindən keçən hissəsində uzunluğu 23 kilometr olan 55,2 min kvadratmetrlik dekorativ hasarlar yenidən qurulub, vətəndaşlara məxsus 500-dən çox darvazalar eyni formalı və müasir görkəmli darvazalarla əvəz edilmiş, yeni bardurlar düzülmüş, xaricdən gətirilmiş 300-ə qədər işıqlandırma dirəkləri quraşdırılıb. Bundan əlavə, Cəlilabad şəhərində Heydər Əliyev prospekti yenidən qurulur,prospektə 30 min kvadratmetr tamet döşənir, 20 min metr kabel çəkilir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər biri 100 yerlik 3 üşaq bağçası-körpələr evi, Göytəpə şəhərində 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairə seçki komissiyası üçün yeni inzibati bina və parkın tikintisi ilə əlaqədar sökülən ikimərtəbəli mənzilin əvəzinə yeni yaşayış binası tikilir. Abadlıq və quruculuq sahəsində görülən bütün işlər daxili imkanlar hesabınadır. Azərbaycan Hökuməti və Dünya Bankının maliyyə vəsaiti hesabına “Akkord” Şirkəti tərəfindən Cəlilabad şəhərinin küçələrində indiyədək 70,9 kilometr kanalizasiya, 71,3 kilometr  su xətti çəkilib, 278  siyirtmə, 2339  su bağlantısı, 1722 kanalizasiya lükü, 3931 kanalizasiya birləşməsi və  yanğın zamanı istifadə olunmaqdan ötrü 336 hidrant quraşdırılıb. Hazırda bu istiqamətdə iş aparılır. Birinci rübdə də rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmənin inkişafı diqqət mərkəzində saxlanılıb. Havaların əlverişsiz keçməsinə baxmayaraq 7122 hektar sahədə yazlıq əkin aparılıb ki, onun da 3900 hektarı kartof, 1900 hektarı noxud, 900 hektarı vələmir, 295 hektarı mərci, 102 hektarı tərəvəz, 13 hektarı günəbaxan, 12 hektarı isə bostan məhsullarıdır  Rayonda üzüm sahələrinin miqyası genişləndirilib, üzüm sahələri 1500 hektara çatdırılıb. Əməktutumlu sahənin əhəmiyyəti barədə əhali arasında müntəzəm maarifləndirmə işləri aparılır. Heyvandarlığın inkişafı məqsədilə mal-qaranın cins tərkibi yaxşılaşdırılıb, şəxsi təsərrüfatlarda qara malın sayı 99269 başa, davarların sayı isə 122693 başa çatdırılmışdır. Birinci rübdə 4380 ton ət, 13170 ton süd,   3 milyon 120 min ədəd yumurta istehsal edilib. Cəlilabad regional gübrə bazası tərəfindən istehsalçılara güzəştli şərtlərlə 1385 ton azot, 440 ton qarışıq mürəkkəb gübrələr satılıb. Hazırda gübrə satışı davam edir. Rayonumuzda da pilot təsərrüfatlarının yaradılması istiqamətlərində də müəyyən işlər görülüb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2013-cü il tarixli  645 nömrəli sərəncamına əsasən rayonun Günəşli kəndində yerləşən “Moskva” dövlət toxumçuluq müəssisəsinin 1300 hektarlıq ərazisində iri taxılçılıq təsərrüfatı yaradılıb. Hazırda təsərrüfatda müasir suvarma sistemi qurulur, yeni texnologiya ilə əkin aparılması üçün son tamamlama işləri görülür. Toxumçuliq təsərrüfatlarının yaradılması kənd əməkçilərinin yüksək reproduksiyalı toxumla təmin olunmasında mühüm rol oynayacaq, onların tələbatının 30-35 faizini ödəyəcəkdir. Rayonun suvarma sisteminin yaxşılaşdırılması üçün 140 kubmetr kanal lildən təmizlənib, 4328 hektar sahə suvarma suyu ilə təmin edilib. Meliorasiya-irriqasiya tədbirləri davam etdirilməkdədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2014-cü il tarixli Sərəncamı ilə Üçtəpə, Alar və Bayxanlı kəndlərində 7 subartezian quyusunun qazılması nəzərdə tutulub, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  24 oktyabr 2014-cü il tarixli 338 N-li sərəncamı əsasında isə  İncəçay su anbarının  təmir-bərpası üçün maliyyə vəsaiti ayrılıb. Həmin layihələr başa çatdıqdan sonra əkin  sahələrinin suvarılması üçün daha əlverişli şərait yaradılacaqdır. Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2015-ci il tarixli Sərəncamına əsasən  hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə edilən yanacaq və motor yağlarına görə verilən yardımın 25 faiz artırılması və mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiyanın təkrar (aralıq) əkinlərə də aid edilməsi  kənd əməkçilərini daha yüksək nəticələr əldə etməyə ruhlandırıb. Rayonda tikinti-quruculuq işlərinin aparılması, əkinçiliyin və heyvandarlığın inkişaf etdirilməsi, yeni istehsal müəssisələrinin, ticarət, iaşə və məişət obyektlərinin istifadəyə verilməsi əhalinin məşğulluq problemininhəllinə   müsbət təsir göstərib. 2015-ci ilin birinci rübündə 186 iş yeri açılıb ki, onun da 39-u daimi xarakterlidir. Rüb ərzində rayon məşğulluq mərkəzinə müraciət edən 130 nəfərin 66-sı müxtəlif təşkilatlarda daimi işə qəbul edilib. Birinci rübdə rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən 1918 sahibkara 2 milyon 885 min manat məbləğində kredit verilib. Kreditin əsas hissəsi kənd təsərrüfatı və kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən götürülüb. Rayon maliyyə idarəsi  maliyyə vəsaitlərinin təyinatına uyğun və səmərəli istifadəsinə nəzarəti gücləndirib, alınan bütün növ mal-materialların keyfiyyətini və qiymətini diqqər mərkəzində saxlayıb. DSMF rayon şöbəsi tərəfindən pensiyaçılara 11,4 milyon manat, işləyən sığortaolunanlara isə 128,9 min manat vəsait ödənilib. Proqnoz tapşırığın 91,6 faiz icra olunmasına baxmayaraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,4 min manat çox sosial sığorta haqqı toplanıb. Rayon əhalinin sosial müdafiəsi mərkəzi  birinci rübdə 626 ailəyə ünvanlı sosial yardım təyin edib, onlara 298 min 896  manat vəsait ödənilib. Əhalinin fasiləsiz elektirik enerjisi ilə təmin edilməsindən ötrü  rayon ərazisində 2,2 kilometr yararsız naqil və 99 ədəd dayaq yenisi ilə əvəz edilmiş, 5 transformator dəyişdirilib, Maşlıq, Gülməmmədli, Uzuntəpə kəndlərində   transformatorlardan çıxan adi kabel əvəzinə SİP kabel çəkilib. Eyni zamanda Cəlilabad, Göytəpə və Üçtəpə yarımstansiyalarında cari təmir işləri aparılıb. Lənkəran regional qaz istismar idarəsinin Cəlilabad xidmət sahəsi tərəfindən Cəlilabad-Uzuntəpə yolunun kənarındakı yeraltı qaz kəmərinin istismara yararsız 3700 pm hissəsi PE200 mm-lik polietilen borularla əvəz edilib, həmin kəmərdən 23 çıxış verilib. Bunun nəticəsində Cəlilabad şəhərinin 10 küçəsində və Uzuntəpə kəndinin bir hissəsində abonentlərin qaz təchizatı yaxşılaşıb. Rübün ən mühüm hadisələrindən biri də Fərzili və Abdullu kəndlərində 250 abonentin təbii qazla təchiz edilməsidir. Yaxın günlərdə Muğan, Hasıllı, Hacıismayıllı və Seyidbazar kəndlərinə də təbii qaz veriləcəkdir. Hazırda Astanlı, Suluçeşmə, Ocaqlı, Cəfərxanlı, Üçtəpə, Zopun, Adnalı və Söyüdlü kəndlərində qaz kəmərinin çəkilişi davam etdirilir. Bütün bunlara baxmayaraq  əhali yenə də təbii qazla normal təmin olunmur. Yeraltı boruların əksəriyyəti çürüdüyünə və təzyiqə davam gətirmədiyinə görə əhaliyə verilən qazın dörddəbir hissəsi itkiyə gedir. Rüb ərzində istehlak olunan təbii qazın cəmi 73 faizinin dəyəri toplanıb. Rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələri tədrisin keyfiyyətini yüksəltmək, əhaliyə göstərilən tibbi və mədəni xidməti yaxşılaşdırmaq üçün məqsədyönlü tədbirlər həyata keçiriblər. Rayon təhsil şöbəsi rüb ərzində  bütün məktəblərin IX və XI sinif şagirdləri ilə imtahan fənlərindən monitorinq aparıb və onların faktiki bilik səviyyələrini müəyyənləşdirib. Mart ayında Lənkəran şəhərində keçirilən fənn olimpiyadalarının yarımfinal mərhələsində Günəşli kənd tam orta məktəbin IX sinif şagirdi Elgün Dadaşov tarix fənni üzrə respublika fənn olimpiyadasında iştirak etmək hüququ qazanıb. Bundan başqa, 8 şagirdimiz zona mərhələsində 100 ballıq qiymətləndirmə sistemi üzrə 80-95 intervalında yüksək nəticələr göstəriblər.

Həmişə olduğu kimi, birinci rübdə də vətəndaşların müraciətlərinə baxılması rayon icra hakimiyyəti üçün prioritet məsələ olub. Üç ay ərzində   aparata 246 müraciət daxil olub ki, onun da 184-ü ərizə, 62-si şikayətdir. Müraciətlərin 104-ü Prezidentin Administrasiyasından, 70-i birbaşa vətəndaşlardan, qalanları isə digər təşkilatlardan daxil olub. Aparatda keçirilən qəbullarda 49, yerlərdə keçirilən səyyar qəbullarda isə 48 nəfər qəbul edilib.

 

Tarix
23 İyun 2015 [20:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin