Çexiya prezidenti motosiklet sürərkən xəsarət alıb

23:09 - 23 May 2024 - Xəbər

Çexiya prezidenti Petr Pavel motosiklet sürərkən xəsarət alıb və o, Praqada Mərkəzi Hərbi Hospitalda müalicə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası X-də məlumat yayıb.

Məlumata görə, onun xəsarətləri ciddi deyil.

2024-cü ildə 63 yaşı tamam olacaq Pavel avtomobil idmanının ehtiraslı həvəskarıdır. Boş vaxtlarında motosiklet sürməyi xoşlayır.

Xəbər xətti