Qvineyada eks-prezidentə ömürlük həbs cəzası istənilib

00:01 - 23 May 2024 - DÜNYA

Prokuror 15 il əvvəl Konakri stadionunda 150-dən çox insanın qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesində Qvineyanın keçmiş prezidenti Mussa Dadis Kamaranın ömürlük həbs olunmasını istəyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Guinenews xəbər portalı məlumat yayıb.

Prokuror Kamara ilə yanaşı, işdə iştirak edən daha 5 nəfərin də ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Prokurorluq israr edir ki, onların törətdikləri əməllər insanlığa qarşı cinayətdir.

Kamara və onun hökumətinin 11 üzvünün məhkəməsi 2022-ci ilin sentyabrında açılıb. Sabiq prezident məhkəmədə iştirak edir və özünün təqsirsiz olduğunu və stadionda törədilən qətldə iştirakının olmadığını israr edir.

Xəbər xətti