Ana səhifə
17 Noyabr 2018

AB liderləri toplanır

Avropa Birliyi liderləri oktyabrın 23-də Brüsseldə sammitə toplaşır. Toplanışın məqsədi iqlim dəyişikliyi ilə mübarizədə razılığa gəlmək, ebola epidemiyası ilə mübarizə cəhdlərini artırmaqdır. 

 

Ucnoqta.azxəbər verir ki,  toplantıda 2030-cu il üçün iqlim dəyişikliyi hədəfləri razılaşdırılacaq. AB-nin 28 üzvünün liderləri Qərbi Afrikada ebola epidemiyasına qarşı tədbirləri də müzakirə edəcəklər.

Xatırladaq ki, AB üzvləri və Avropa Komissiyası Ebola ilə mübarizəyə artıq 600 milyon avro (750 milyon dollar) ayırıb. Azadli.org  bildirib ki, Britaniya mənbələri yazır ki, baş nazir David Cameron həmkarlarını həmin məbləği bir milyard avroya çatdırmağa çağıracaq.

Liderlər Ukraynanı, İraq və Suriyada İslam Dövləti təhlükəsini də müzakirə edəcəklər.

 

Tarix
23 Oktyabr 2014 [12:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin