"Bakı-2015": Sambo yığmamız 4 medal qazandı

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında sambo yarışları keçirilib. Bir gün davam edəcək mübarizədə 8 dəst medalın sahibi müəyyənləşib. Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayıb. Azərbaycan millisi yarışa 8 samboçu ilə qatılıb və 4 medal qazanıb. Kişilərdən İslam Qasımov, Amil Qasımov, Vasif Səfərbəyov, qadınlardan isə Nəzakət Xəlilova gümüş medala sahib çıxıb.

Sambo
22 iyun

Kişilər

57 kq
Həmyerlilərimiz İslam Qasımovun ilk görüşü 1/4 finala təsadüf edib. Rumıniyalı Orlando Qruia ilə görüşən samboçumuz asanlıqla qələbə qazanıb. Rəqibini 9:0 hesabı ilə məğlub edən İslam yarımfinalda Vaxtanqi Çidraşvili ilə mübarizə aparıb və 3:1 hesablı qələbə qazanaraq finala çıxıb. “Neftçi İdman Klubu”nun üzvü finalda rusiyalı Aymerqen Atkunovla gücünü yoxlayıb. Həlledici görüş həmyerlimiz üçün uğurlu alınmayıb (0:1) və o, gümüş medalla kifayətlənib.

74 kq
Bu çəki dərəcəsində döşəyə çıxan təmsilçimiz Amil Qasımov mübarizəyə 1/4 finaldan başlayıb və Kaxa Mamulaşvilini (Gürcüstan) sınağa çəkib. 3:1 hesablı qələbə qazanan Alim yarımfinalda Martin İvanovla qarşılaşıb və yenə 3:1 hesablı qələbə qazanaraq finala çıxıb. Amil qızıl medal döyüşündə Stepan Popovla (Belarus) qarşılaşıb. Döyüş idmançımızın məğlubiyyəti ilə yekunlaşıb. Döyüşün sonunda zədələnən və çıxışını davam etdirə bilməyən samboçumuz Oyunları 2-ci yerdə başa vurub.

90 kq
Millimizin medal ümidlərindən olan Kənan Qasımov da mübarizəyə 1/4 finaldan start verib. O, debütdə ukraynalı İvan Vasilçuku sınağa çəkib. Qarşılaşma həmyerlimizin çətin qələbəsi ilə başa çatıb - 2:1. Qasımov yarlmfinalda Alsim Çernoskulovla güləşib və 0:4 hesabı ilə uduzub. Kənan bürünc medal uğrunda Davit Karbelaşvili (Gürcüstan) ilə döyüşübş Lakin təmsilçimiz bu dəfə də qələbə qazana bilməyib və yarışı 5-ci yerdə bitirib.

+100 kq
Ölkəmizi təmsil edəcək Vasif Səfərbəyov da yarışa 1/4 finaldan başlayıb. Samboçumuz Bayro Maşoviçə (Makedoniya) 4:0 hesabı ilə qalib gələrək yarımfinala çıxıb. Onun növbəti rəqibi Ukraynanı təmsil edən erməni Razmik Tonoyan olub. Bu dəfə 3:1 hesablı qələbə qazanan Vasif finala çıxıb. O, finalda Artyom Osipenko (Rusiya) ilə münasibətinə aydınlıq gətirib. Vasif da komanda yoldaşları kimi çempion titulunu qazana bilməyib. Osipenka təmiz qələbə sayəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səfərbəyovun qazandığı gümüş medal yığmamızın 39-cu mükafatı olub.

Qadınlar

52 kq
Bu çəki dərəcəsində ölkəmizi Nəzakət Xəlilova təmsil edir. İlk görüşü 1/4 finala təsadüf edən təmsilçimiz Sodriana İonesku (Rumıniya) ilə üz-üzə gəlib. Görüş Xəlilova üçün elə də çətin alınmayıb və o, debüt qarşılaşmasını 4:1 hesabı ilə aktivinə yazıb. İdmançımız yarımfinalda litvalı Ruta Aksionova ilə qüvvəsini sınayıb və finala çıxıb - 4:0. "Neftçi İdman Klubu"nun üzvü çempionluq üçün Anna Xaritonova (Rusiya) ilə gücünü yoxlayıb. Təəssüf ki, samboçumuz uğurlu seriyasını davam etdirə bilməyib. Xaritonovaya 0:5 hesabı ilə məğlub olan Xəlilova gümüş medalla kifayətlənib. 

60 kq
1/8 final mərhələsindən azad olan Şəhanə Hüseynova 1/4 finalda Yana Kostenko (Rusiya) ilə qarşılaşıb. Görüş rəqibin üstünlüyü ilə başa çatıb. Hüseynova 0:5 hesabı ilə uduzduğundan yarımfinala Kostenko vəsiqə qazanıb. Rəqibi finala çıxdığından Hüseynova təsəlliverici mərhələyə qatılıb. Buna baxmayaraq, rus samboçu növbəti görüşünü də qalib kimi bitirdiyindən Hüseynova təsəlliverici döyüşə qatılıb. O, bu mərhələdə Şorena Şaradze (Gürcüstan) ilə güləşib. İlk döyüşdən fərqli, bu dəfə qələbə qazanan (4:2) samboçumuz bürünc medal uğrunda yarışıb. Lakin Katarin Prakapenka (Belarus) ilə üz-üzə gələn təmsilçimiz məğlub olaraq, yarışı mükafatsız tərk edib.

64 kq
1/4 finaldan mübarizəyə qoşulan Fəridə Qurbanova ilk görüşündə moldovalı Yekaterina Sretu ilə görüşüb. Döyüş idmançımız üçün uğursuz alınıb və o, məğlubiyyətə üzülüb - 0:2. Sretu yarımfinalda uduzduğundan Qurbanova təsəlliverici mərhələyə qatıla bilməyib. 

68 kq
1/8 finaldan azad olan Nərminə Əlizadə yarımfinala vəsiqə uğrunda Olqa Namazova (Belarus) ilə qarşılaşıb və 0:4 hesabı ilə uduzub. Lakin onun rəqibi finala yüksəldiyindən Əlizadə bürünc medal uğrunda yarışıb. Təəssüf ki, fransalı Kelin Konde ilə qüvvəsini sınayan samboçumuz bu dueldən də məğlub ayrılıb və yarışı mükafatsız başa vurub.

Tarix
23 İyun 2015 [00:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2015-06-23 00:06:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin