Ana səhifə
18 Noyabr 2018

Kubra Dadaşova: “Əməliyyat nəticəsində 2 ayaq barmağımı kəsiblər”

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Kubra Dadaşovanın səhhətindən xəbər var. Aktrisa milli.az-a səhhəti haqda danışıb: "Səhhətim, hələ ki, bir o qədər də yaxşı deyil. Üstəlik, havaların isti keçməsi mənə çox pis təsir edir. Əməliyyat nəticəsində 2 ayaq barmağımı kəsiblər, çünki şəkər xəstəliyinin qarşısını yalnız bu yolla ala bilərdilər. Evdəyəm, heç teatra da gedib gəlmirəm. İynə-dərmanı evdə qəbul edirəm, lazım olanda isə həkim evə gəlir. Qızım Təhminə mənim həmişə yanımdadır, Allah onu mənə çox görməsin. Tamaşaçılar məni həmişə istər filmlərdə, istərsə də tamaşalarda gülərüz görüblər. Amma bu illər ərzində mən dərdimi onlardan gizlətmişəm. Məncə, aktrisa həmişə bu cür hərəkət etməlidir. İnsanlara, tamaşaçılara pozitivlik vermək lazımdır. Amma öz dərdimi, öz xəstəliyimi içimdə çəkmişəm. İndi də onun nəticələridir ki, bu xəstəliyi tapmışam. Zənginiz üçün sizə təşəkkür edirəm, həmişə məni diqqətdə saxlayırsız. İnşallah, sağalıb yeni sezondan teatrda tamaşalarda oynayacaqam".

Qeyd edək ki, qış ayında aktrisanın səhhəti qəfildən pisləşərək, xəstəxanaya yerləşdirilmişdi. Həkimlər ona şəkər və iltihablı şəkər yarası xəstəliyi, kapilyarların keçməzliyi və qan-damar keçməzliyi diaqnozunu qoymuşdular. Biz də sevimli aktrisamıza uzun ömür, can sağlığı arzu edirik.

Tarix
22 İyun 2015 [18:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin