Ana səhifə
14 Noyabr 2018

“Şeytan üçün ehsan verirlər” - Şeyx

Dövlət ehsanın əleyhinə deyil və ola da bilməz.

 

Ucnoqta.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Allahşükür Paşazadə bu gün keçirilən QMİ-nin Qazılar Şurasının iclasında bildirib.

 

QMİ-nin sədri qeyd edib ki, Quranda bir neçə yerdə ehsan sözü qeyd edilir. Lakin bəzi insanlar bunu düzgün anlamır: "Xalqımızın mentatlitetində belə bir şey var. Deyirlər ki, nə üçün o ehsan verir, mən verə bilmirəm? Gedir balalarının ruzisini kəsir, ehsan verir. O, Allah üçün ehsan vermir, şeytan üçün verir. Allah-Təala buyurur ki, varındırsa, ehsan ver, yoxundursa, vermə".

 

A.Paşazadə bildirib ki, yas məsliclərində ehsan həddində olmalı və israfçılığa yol verilməməlidir: "Bəziləri deyir ki, məcslidə halva verilsin, şirinlik verilsin. Bu harda, hansı hədisdə yazılıb? Halva da vermək olar, aş da vermək olar, amma israfa yol verməmək şərtilə".

 

Onun sözlərinə görə, bir insanın doyması üçün bəs edəcək qədərdən artıq ehsan verilməsi artıq israf hesab edilir.(Trend)

 

Tarix
23 Oktyabr 2014 [12:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin