Ana səhifə
17 Noyabr 2018

Aqrar bölmə inkişaf etdirilir

Rayon üzrə 192 milyon manatlıq kənd təsərrüfatı məhsulları  istehsal olunub

 

 

Kənd təsərrüfatı məhsulları istehsalınının artımını tgəmin etmək məqsədilə Cəlilabad rayonunda fermerlərin yanacaq, gübrə və s. ilə təmin edilməsi istiqamətdə önəmli tədbirlər görülüb.ğ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq almaq və buğda əkmək üçün dövlət yardımının verilməsi, güzəştli şərtlərlə gübrələrin satılması aqrar bölmənin inkişafına güclü təkan verib. Belə ki, 2014-cü ildə rayon üzrə 41068 nəfərə 5 milyon 814,1 min manat yardım edilib, “Aqrolizinq” ASC-nin loqistik gübrə bazası tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə 2276 ton müxtəlif növ gübrələr satılıb. “Aqrolizinq” ASC-nin rayon aqroservis filialı torpaq mülkiyyətçilərinə nümunəvi xidmət göstərib, kənd təsərrüfatı sektorunu texnika ilə tam təmin edib. 2014-cü ildə Bakı şəhərinin Suraxanı rayonundakı satış-yarmarkaya yerli sahibkarlar tərəfindən istehsal olunan 32 adda müxtəlif kənd təsərrüfatı məhsulları göndərilib. Ümumiyyətlə, 2014-cü ildə rayon üzrə 192 milyon manatlıq kənd təsərrüfatı məhsulları  istehsal olunub ki, onun da 83 milyon manatı bitkiçiliyin, 109 min manatı isə heyvandarlığın payına düşüb. Hesabat ilində «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası rayon icra hakimiyyətinin fəaliyyətində mühüm yer tutub. Proqrama müvafiq olaraq yenidənqurma və tikinti-abadlıq işləri geniş vüsət alıb, tikinti işlərinin həcmi xeyli artıb. Keçən il əsas kapitala yönəldilən investisiyalar 51 milyon 423 min manat olub ki, bu da 2003-cü ilə nisbətən 36,5 dəfə çoxdur. Tikinti-quraşdırma işlərinin həcmi isə 2003-cü illə müqayisədə  36 dəfə artaraq 49 milyon 396 min manata çatıb. Keçən il Cəlilabad şəhərində yeni Heydər Əliyev Mərkəzinin, rayon prokurorluğunun, Lənkəran hərbi prokurorluğunun və rayon kənd təsərrüfatı idarəsinin inzibati binalarının, Göytəpə şəhərində Ulu Öndərin heykəlinin ucaldılacağı Heydər Əliyev parkının, mədəniyyət mərkəzinin və idman kompleksinin tikintisinə başlanılıb. Hazırda inşaat işləri sürətlə davam etdirilir. Eyni zamanda Ələt-Astara magistral yolunun Göytəpə şəhər, Alar, Qarazəncir  və Muğan kəndlərinin ərazisindən keçən hissəsində uzunluğu 23 kilometr olan 55,2 min kvadratmetrlik dekorativ hasarlar yenidən qurulub, vətəndaşlara məxsus 500-dən çox darvazalar eyni formalı və müasir görkəmli darvazalarla əvəz edilib, yeni bardurlar düzülüb, xaricdən gətirilmiş 300-ə qədər işıqlandırma dirəklərinin quraşdırılmasına başlanılıb. Bundan əlavə, Cəlilabad şəhərində Heydər Əliyev prospekti yenidən qurulur, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər biri 100 yerlik 3 üşaq bağçası-körpələr evi, Göytəpə şəhərində 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairə seçki komissiyası üçün yeni inzibati bina və parkın tikintisi ilə əlaqədar sökülən ikimərtəbəli mənzilin əvəzinə yeni yaşayış  binası tikilir. Abadlıq və quruculuq sahəsində görülən bütün işlər daxili imkanlar hesabınadır. Kənd yollarının abadlaşdırılmasına da ciddi diqqət yetirilib,  Cəlilabad-Yardımlı avtomobil yolunun 37 kilometrinə, Alar-Təzəkənd-Üçtəpə-Cəfərxanlı-Əliqasımlı avtomobil yolunun 11 kilometrinə, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd yolunun 8,2 kilometrinə asfalt vurulub. Azərbaycan Hökuməti və Dünya Bankının maliyyə vəsaiti hesabına “AKKORD” Şirkəti tərəfindən Cəlilabad şəhərinin küçələrində 70,9 kilometr kanalizasiya, 71,3 kilometr  su xətti çəkilib, 278  siyirtmə, 2339  su bağlantısı, 1722 kanalizasiya lükü, 3931 kanalizasiya birləşməsi və yanğın zamanı istifadə olunmaqdan ötrü 336 hidrant quraşdırılıb. Rayonda yeni istehsal müəssisələrinin, ticarət, iaşə və məişət obyektlərinin tikilməsi    əhalinin məşğulluq  probleminin həllinə müsbət təsir göstərib. Hesabat ilində DSMF rayon şöbəsi tərəfindən pensiyaçılara 45,7 milyon manat vəsait ödənilmişdir ki, bu da ötən ildəkindən 4,6 milyon manat çoxdur.Eyni  zamanda  işləyən sığortaolunanlara məcburi dövlət sosial sığorta haqları hesabına 53 min manat  müavinət verilib. Hazırda həm əmək pensiyalarının baza hissəsinin artımı, həm də sığorta hissəsinin indeksləşdirilməsi avtomatlaşdırılmış qaydada həyata keçirilir və müvafiq vəsaitlər birbaşa pensiyaçıların hesabına köçürülür. Rayon əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən 2401 ailəyə ünvanlı sosial yardım təyin  edilib və 4 milyon 234 min manatdan çox vəsait ödənilib ki, bu da hər ailəyə orta hesabla 151 manat dövlət yardımı deməkdir. 2014-cü ildə şəhid ailələrinə və Qarabağ əlillərinə, qaçqın və məcburi köçkünlərə diqqətlə yanaşılıb, imkan daxilində onların problemləri həll olunub.  20 Yanvar faciəsi ilə əlaqədar 20 Yanvar və Qarabağ müharibəsi əlilləri, şəhid ailələri ilə görüş keçirilib, şəhidlər üçün ehsan verilib, əlillərə maddi yardım göstərilib. Rayonda  yaşayan 245  Qarabağ müharibəsi əlili və şəhid ailəsinin 70-nə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binalarında mənzil verilib, 7-nə isə fərdi yaşayış evi tikilib. Həmçinin həmin kateqoriyalı şəxslər üçün 54 mənzilli yeni yaşayış binasının tikilməsindən ötrü  rayon icra hakimiyyəti başçısının 26 sentyabr 2013-cü il tarixli 183 N-li sərəncamı ilə Cəlilabad şəhərində 0,60 hektar torpaq sahəsi ayrılıb. Bundan başqa,  8 nəfər Qarabağ müharibəsi əlilinə və şəhid ailəsinə fərdi yaşayış evi tikilməsi üçün  bələdiyyələr tərəfindən həyətyanı torpaq sahəsi verilmiş və onların siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Hesabat ilində rabitə xidmətinin yaxşılaşdırılması, xidmət mədəniyyətinin yüksəldilməsi, əsas iqtisadi göstəricilər üzrə proqnoz tapşırıqların yerinə yetirilməsi üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, rayon poçtamtı üzrə tarif gəlirləri proqnozu 130,2 faiz yerinə yetirilib, əhaliyə 227,6 min manat pullu xidmət göstərilib. 2014-cü ildə  220 şagird yerlik Məmmədrzalı və 180 şagird yerlik  Mikayıllı kənd məktəblərinin tikintisi başa çatıb. Hazırda İncilli kəndində 180 şagird yerlik məktəb, Cəlilabad şəhərində 3 uşaq bağçası-körpələ  evi tikilir. 2013-2014-cü dərs ilini başa vurmuş məzunlardan 745-i ali məktəblərə sənəd vermiş və onların 317-si və ya 42,5 faizi tələbə adını qazanmışdır.  Ali məktəb tələbələrindən 15-i 600-dən çox bal toplamış, Sabirabad kənd 1 saylı tam orta məktəbinin məzunu Əli Qasımov 680 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür. Həm ali məktəbə qəbul olunanların, həm də yüksək bal toplayanların sayı keçən ildəkindən xeyli çoxdur. Bundan başqa, şagirdlərin 6-sı Heydər Əliyev adına Hərbi Akademiyaya, 16-si isə C.Naxçıvanski  adına hərbi liseyə  daxil olub. Şagirdlərin biliyinin qiymətləndirilməsində mühüm rol oynayan respublika fənn olimpiadalarında rayonumuzun 16 şagirdi iştirak edib, onlardan 2-si III, 1-i isə IV yeri tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanına və diplomuna layiq görülüb. Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatını yaxşılaşdırmaq üçün rayonun 105 məktəbində 809 dəst kompüter quraşdırılıb, 209 kompüter isə internetə qoşulub. Hazırda 1087 şagird internetdən istifadə edir

Tarix
22 İyun 2015 [19:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin