Ana səhifə
13 Noyabr 2018

Ermənistandan mal-qara gətirilməsi ilə bağlı deyilənlər cəfəngiyyatdır

Yolçu Xanvəli: «Respublikamızın aldığı mal-qara 21 gün müddətinə karantində saxlanılır»

 

 

Vahid Məhərrəmov: «Xaricdən heyvanların gətirilməsi mal-qara arasında əvvəllər müşahidə olunmayan xəstəliklərin yayılmasına səbəb olur»

 

 

Ölkə ərazisində iribuynuzlu mal-qara arsında xəstəliyin yayılması ilə yanaşı, bir neçə həftədir ki, mal ətinin qiyməti də ucuzlaşıb. Qərb regionunda mal ətinin qiyməti artıq 5 manata enib. Əvvəllər paytaxt Bakıya daha çox mal-qara gətirilən Bərdə, Beyləqan, Ağcabədi kimi rayonlarda ətin qiymətində iki manat ucuzlaşma müşahidə olunur. Mal ətinin qiymətində olan ucuzlaşmanın bir səbəbi ətə olan təlabatın aşağı düşməsi göstərilir. Belə ki, son dövrlər yas mərasimlərində ehsan veriliməsinə qoyulan qadağa səbəbindən ətə olan təlabat azalıb. Digər səbəb kimi isə xaricdən ölkəmizə ucuz qiymətə diri malların idxalı göstərilir. Belə ki, qonşu Gürcüstandan respublikamıza Azərbaycan fermerlərinin satdığı qiymətlərdən daha ucuz qiymətə mal-qara gətirilir. Ekspertlər bu heyvanların Ermənistana aid olduğunu və Gürcüstan vasitəsilə Azərbaycana gətirildiyini deyirlər. 

 

 

               Vahid Məhərrəmov

 

Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ucuzlaşmanın müvəqqəti xarakter daşıdığını vurğulayıb: «Yas mərasimlərində israfçılığın qarşısının alınması istiqamətində görülən tədbirlərin tərkib hissəsi kimi yemək verilməsinə qoyulan qadağa ətə olan təlabatı azaltmır. Normalda bir nəfərin illik ətə olan təlabatı 84 kiloqram olsa da, bizdə bu rəqəm 30-35 kiloqramdan artıq deyil. Demək, bizdə vətəndaşların ətə olan təlabatı tam ödənilmir. Bu istehlakın daha da azalması isə insanların sağlamlığına təsirsiz ötüşməyəcək. Buna görə də yas mərasimlərində ət yeməkləri yığışdırılandan sonra ona təlabatın azalacağını düşünmək yanlışdır. Sadəcə əvvəllər bəzi insanlar hansısa gün yas yerində yemək yeyəcəklərini düşünüb ola bilər ki, həmin gün evdə yemək yeməyiblər. İndi isə həmin əti evlərində qəbul edəcəklər».

V.Məhərrəmov deyir ki, qiymətlər ucuzlaşsa da, yaxın zamanlarda yenidən arta bilər: «İndiyədək heyvandarlıqla məşğul olanlar il ərzində təlabatı hesablayaraq, buna uyğun heyvan saxlayırdılar. Hazırda isə bu təlabət müvəqqəti olaraq bir qədər azalıb.  Amma qısa zamanda bu əvvəlki yoluna düşəcək. Çünki Azərbaycanda daxili istehsal təlabatı tam ödəmir. Ölkəmiz Gürcüstandan da diri heyvan idxal edir. Ötən il Gürcüstandan Azərbaycana kəsim üçün 109 min baş iribuynuzlu mal-qara gətirilib. 2014-cü ildə bu rəqəm təxminən 50 faiz artıb. Gürcüstandan gətirilən mal-qaranın qiymətinin Azərbaycandakı mal-qaranın qiymətindən 15-20 faiz ucuz olması da daxili bazara çox ciddi təsir edir».

V.Məıhərrəmov deyir ki, Azərbaycanda heyvanlar arasında xəstəliyin geniş yayılmasının da bir sıra səbəbləri var: «Gürcüstandan gətirilən iribuynuzlu heyvanların əksəriyyətinin Ermənistan və ermənilərin işğalı altında olan Azərbaycan ərazilərində saxlanılan heyvanlar olması da istisna edilmir. Çünki, Gürcüstan öz əhalisinin ətə olan təlabatını tam ödəyə bilmir. Ermənistan isə həm də Azərbaycanın işğalı altında olan ərazilərdə xeyli mal-qara saxlayır. Bu hevanlar isə həm İrana, həm də Gürcüstana ixrac edilir. Həmçinin, Ermənistanda əhalinin alıcılıq qabiliyyəti çox aşağı olduğundan bu heyvanlar aşağı qiymətə satılır. Ölkəyə xaricdən çoxlu sayda iri və xırda buynuzlu heyvanların gətirilməsi Azərbaycanda mal-qara arasında əvvəllər müşahidə olunmayan xəstəliklərin yayılmasına səbəb olur. Bu xəstəliklərin bir çoxu ölkəmiz üçün xarakterik deyil. Həmçinin, heyvanlar yem çatışmazlığından, su qıtlığından normal qidalanmır və xəstəliklərə asanlıqla yoluxur. Etimal olunur ki, ölkəmizdə iribuynuzlu mal-qara arasında yayılan xəstəlik də məhz Ermənistan saxlanılan və Gürcüstan vasitəsi ilə ölkəmizə gətirilən həmin heyvanlardan keçib».

 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə deyir ki, yalnışlığa yol verirlər: «İribuynuzlu mal-qara arasında "Nodulyar dermatit" virus xəstəliyinin yayılması zamanı da biz elan etdik ki, xəstəlik İranla həmsərhəd rayonlarda yayılıb. Xəstəlik həmin ərazilərdən keçib. Bu xəstəliyin ölkə ərazisinə keçməsinin Gürcütandan gətirilən mal-qara ilə heç bir bağlılığı yoxdur. Digər tərəfdən hansı ölkədən idxal edilməsinə baxmayaraq, respublikamızın aldığı mal-qara 21 gün müddətinə karantində saxlanılır. Tam müayinədən keçirildikdən və 21 gün karantin müddəti bitdikdən sonra həmin heyvanların damazlıq və ya kəsim üçün istifadəsinə icazə verilir. Hazırda Azərbaycan Gürcüstan, Rusiya Ukrayna, Bolqarıstan və Fransadan mal-qara alır. Ermənistandan mal-qara gətirilməsi ilə bağlı deyilənlər isə cəfəngiyyatdır».

 

Y.Xanvəlinin sözlərinə görə, bugünədək təxminən 5000 heyvan "Nodulyar dermatit" virusuna yoluxub: «Virusa yolaxan heyvanlardan 235-i tələf olub. Təxminən 4000 heyvan isə müalicə olunur. Həmçinin tələb olunan dizinfeksiya işləri aparılır. Bu məqsədlə ətraf rayonlardan dezinfeksiya və dezinseksiya tədbirləri üçün əlavə avadanlıq cəlb edilir. Kənd Təsərrüfatı Nazirliyi rayon baytarlıq idarələrini ilkin baytarlıq yardımı göstərmək üçün bütün zəruri şeylərlə təchiz edir. Virus əleyhinə vaksinlərin yoxluğuna baxmayaraq, mütəxəssislər simptomatik müalicə yolu ilə xəstəliyin yayılmasının qarşısını ala biliblər». 

 

 

Xalid

Tarix
23 Oktyabr 2014 [19:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin