Ana səhifə
23 Sentyabr 2017

«Müsyo Jordan və dərviş Məstəli şah» və «Pəri Cadu» əcnəbiləri heyrətləndirdi…

I Avropa Oyunlarını izləmək üçün şəhərimizdə qonaq olan xarici ölkə nümayəndələri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında olmuş və teatrda xüsusi olaraq turistlər və qonaqlar üçün tərtib olunmuş - M.F.Axundzadənin «Müsyo Jordan və dərviş Məstəli şah» və Ə.Haqverdiyevin «Pəri Cadu» tamaşalarını seyr ediblər.

 

 

 

Amerika Birləşmiş Ştatlarından, Meksikadan, İtaliyadan, Türkiyədən, Çindən və Pakistandan gəlmiş turistlər tamaşadan sonra təəssüratlarını bölüşərək, I Avropa oyunlarının yüksək səviyyədə keçirilməsi, şəhərimizin füsunkar gözəlliyi, insanların istiqanlılığı haqqında xoş sözlər söyləyiblər.

 

Qonaqlar tamaşalardakı milli koloritə, aktyorların peşəkar ifasına, səslənən canlı muğam parçalarına heyran olduqlarını xüsusi qeyd ediblər.

İtaliyalı jurnalist qonaq turistlər teatrın diretkoru əməkdar artist Mübariz Həmidovla söhbətlərində ölkəmiz haqqından təəssüratlarını bölüşərək, teatr binasının dizaynının yüksək zövqlə qurulduğunu da vurğulayıblar: “Şəhərinizin milli və müasir görkəmi bir çox Avropa ölkələrini geridə qoyub. Teatrınız, seyr etdiyimiz tamaşalar isə yalnız dünyanın ən aparıcı teatrları ilə müqayisə oluna bilər. Biz Bakıda olduğumuza və belə mədəniyyət ocağını ziyarət etdiyimizə görə özümüzü son dərəcə xoşbəxt sayırıq”. 

 

Bildirək ki, I Avropa Oyunları ilə bağlı əcnəbi qonaqlar üçün nəzərdə tutulmuş tamaşaların nümayişi iyun ayının 29-a dək davam edəcək.

Tarix
22 İyun 2015 [12:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ