Maradona FİFA-ya prezident gətirilir - “Zəngin insandı, rüşvət almayacaq“

Argentina yığmasının keçmiş hücumçusu Dieqo Maradona FİFA prezidenti postuna namizədliyini irəli sürəcək.

 

 

 

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə uruqvaylı jurnalist Viktor Morales məlumat verib:

 

“Bəli, bu düzdür – Maradona FİFA prezidenti olmaq istəyir. Dieqo Blatterin korrupsiya məsələsi ətrafındakı vəziyyəti diqqətlə öyrənir. Maradona heç bir pula satılmayacağı üçün öz namizədliyini irəli sürəcək. O, kifayət qədər zəngin insandı və rüşvət almayacaq. Mən bilirəm ki, əvvəllər oynamış bir çox futbolçular Maradonanın gəlişinə ancaq şad olacaqlar.

Bu strukturu içərisindən dəyişmək lazımdı və Maradona bunu necə etmək lazım olduğunu bilir. Əlbəttə, Maradona qayıdışı ilə bağlı hələ rəsmi müraciət etməyib. Lakin, hesab edirəm ki, burada heç bir sürpriz baş verməyəcək. Maradona Argentinada xüsusilə futbol sahəsindəki rüşvətin bütün yollarını bilir. Düşünürəm ki, bu işdə ondan daha yaxın adam yoxdur. Axı Maradonanın dövlət strukturlarında çox sayda dostu var”.

 

Xatırladaq ki, FİFA tarixində ən böyük qalmaqal mayın 27-də Sürixdə şirkətin yeddi nəfər yüksək rütbəli məmurunun rüşvətə görə tutulması zamanı baş verib. Baş verən hadisələrin fonunda Blatter növbəti dəfə prezident seçilməsinə baxmayaraq, istefa verib.

Tarix
22 İyun 2015 [10:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2015-06-22 10:59:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin