Ana səhifə
25 Sentyabr 2018

Ermənistan tədricdən xilas olmağa çalışır

Zaur İbrahimli: Yerevan şərtlərə əməl edərsə, onun Bakı-Tbilisi-Qars layihəsinə qoşulması region üçün faydalıdır”

 

Mütəllim Rəhimli: “Azərbaycanın razılığı olmadan bu xəttin digər ölkələrin istifadəsinə verilməsi mümkün deyil”

 

 

Ermənistanın Bakı-Tbilisi-Qars dəmiryoluna qoşulması məsələsinə Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra baxıla bilər. Jurnalistlərə açıqalama verən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov bildirib. Onun sözlərinə görə. indiki mərhələdə Bakı-Tbilisi-Qars layihəsinə Ermənistandan savayı, arzu edən bütün tərəflər qoşula bilər. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir. Dəmiryol xəttinin 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

 

Politoloq Zaur İbrahimli bildirdi ki, hələ 2007-ci il, noyabrın 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti Azərbaycan və bütün bölgə üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük bir əhəmiyyət daşıyır. “Bu dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bu layihə həmçinin, regionada geosiyasi konfiqurasiyanı Azərbaycanın xeyrinə əhəmiyətli şəkildə dəyişəcək, Ermənistanın isə izolyasiyası daha da dərinləşəcək. BTQ fakitiki olaraq Cənubi Qafqaza Türkiyənin nüfuz imkanlarını da artıracaq. Gürcüstan isə dünyaya çıxış üçün əlverişli, ucuz alternativ dəhliz əldə edəcək. Ermənistan bu fonda daha da təklənmiş, sırf Rusiyanın mərhəmətindən asılı bir vəziyyətdə qalacaq”.

 

Politoloq dedi ki, BTQ Ermənista üçün çox vacib, çox mühüm əhəmiyyət kəsb edən strateji əhəmiyyə malik bir nəfəslik ola bilər. Onun sözlərinə görə, əslində Ermənistanın də bu layihəyə qoşulması bütünlükdə Cənubi Qafqaz region üçün əhəmiyyətli ola bilərdi. “Lakin, bunun üçün Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarını azad etməli, Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusu il bağlı danışıqlara başlamalı, həmçinin Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Ümumiyyətlə, Yerevan son 23 illik siyasətinin yanlış olduğunu etiraf etməli və ümumilikdə xarici siyasi strategiyasnı dəyişməlidir. Yəni Ermənistan BTQ-yə qoşulmasının ən ümdə şərti budur”.

Politoloq dedi ki, BTQ-nin Ermənistan üçün perpsepktivləri bəllidir. Onun sözlərinə görə, yuxarıda qeyd edildiyi kimi, Yerevan bu şərtlərə əməl edərsə onun regional inteqrasiya layihələrinə qoşulması bütün region üçün faydalıdır.

 

“Azərbaycan dəfələrlə bunu bəyan edərək, əməli addımalarla da sübut edib ki, Cənub Qafqaz regionunda sülh, təhlükəsizlik və əmin-amanlıq üçün nə gərəkirsə onu etməyə hazırdır. Bu gün Gürcüstanın ayaqda durması üçün Azərbaycan ona dəstək verir. Azərbaycan bütün riskləri gözə alaraq Gürcüstan üçün nə mümkündürsə onu edir. Hazırda Cənubi Qafqazda sabitliyin bərqərar olması, regional layihələrin işləməsi bunların hamısı Azərbaycanın xidmətidir. Bu layihələrdən, səylərdən Ermənistan da faydalana bilər. Əgər yuxarıda qeyd olunan şərtlərə əməl olunsa...”

 

                             Mütəllim Rəhimli

 

Ədalət Partiyasının beynəlxalq məsələlər üzrə sədr müavini  Mütəllim Rəhimli isə bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, işğal altındakı torpaqlarımız azad olunmayana qədər Ermənistanla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov da dövlət başçısının dediklərinin həyata keçiriləcəyini bəyan edib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ideyası Azərbaycana məxsusdur və bura yatırılan investisiyanın böyük bir hissəsi də Respublikamızın payına düşür. Ona görə də Azərbaycanın razılığı olmadan bu xəttin digər ölkələrin istifadəsinə verilməsi mümkün deyil”. 

 

M.Rəhimli bildirdi ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti olduqca iqtisadi əhəmiyyətli layihədir. Bundan həm Rusiya, Avropa ölkələri, həm də Orta Asiya respublikaları bəhrələnə biləcəklər. “Ermənistanın özünütəcrid siyasəti dəyişməkdə olan iqtisadi və siyasi münasibətlər sistemi ilə uyuşmur. Ona görə də bu ölkə gələcəkdə Azərbaycan və Türkiyə ilə yanaşı digər ölkələrin də blokadası ilə qarşılaşa bilər. Çünki yüklərin daşınması zamanı daha ucuz başa gələn dəmir yolu nəqliyyatından Ermənistanın istifadə edə bilməməsi, hətta onun dostları ilə münasibətlərinə mənfi təsir edəcək. Çünki heç bir ölkə əlavə xərc çəkərək Ermənistanla idxal və ixrac əməliyyatları aparmağa razı olmayacaq”.

 

 

Tahirə Qafarlı

 

Tarix
23 Oktyabr 2014 [12:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin