Bakı-2015: Daha 25 dəst medalçı məlum oldu

Bakı-2015 I Avropa Oyunlarının X günündə 25 dəst medalın sahibi məlum olub. Ucnoqta.az saytının məlumatına görə, 10 idman növündə mükafatçıların adlarına aydınlıq gəlib.

 

 

Belə ki, Aerobika, akrobatika, batut, bədii gimnastika, atıcılıq, çimərlik voleybolu, kamandan oxatma, şosse velosipedi, su polosu və suyatullanma yarışlarında ən güclülər müəyyənləşib.

 

Azərbaycan Oyunların X günündə 2 medal qazanıb. Bədii gimnastımız Marina Durunda fəxri kürsünün ikinci pilləsinə qalxdığı halda, batutçu İlya Qrişunin 3-cü yeri tutub.

 

Bu gün qeydə alınan nəticələrdən sonra Azərbaycan yarışda qazandığı medalların sayını 35-ə çatdırıb.

 

Bununla I Avropa Oyunlarında ümumilikdə 140 dəst medal öz sahibini tapıb.

 

Aerobika

 

Qarışıq cütlük

1. Sara Lopes Moreno/Visente Lloris Lli (İspaniya)

2. Miçaela Kastoldi/David Donati (İtaliya)

3. Dukik Canazian/Denis Solovev (Rusiya)

 

Qruplar

1. Macarıstan

2. Rumıniya

3. İspaniya

 

Akrobatika

 

Qarışıq cütlük

Temp hərəkətləri

1. Marina Çernova/Georgi Pataraya (Rusiya)

2. Yana Vastavel/Solano Kassamayor (Belçika)

3. Hanna Bauqin/Rayan Bartlett (Böyük Britaniya)

 

Balans hərəkətləri

1. Çernova/Georgi Pataraya (Rusiya)

2. Yana Vastavel/Solano Kassamayor (Belçika)

3. Hanna Bauqin/Rayan Bartlett (Böyük Britaniya)

 

Qadınlar

Qrup

Balans hərəkətləri

1. Belçika

2. Rusiya

3. Belarus

 

Temp hərəkətləri

1. Belçika

2. Rusiya

3. Belarus

 

Batut

 

Kişilər

Batut

1. Dmitri Uşakov (Rusiya)

2. Vladislav Xançarov (Belarus)

3. İlya Qrişunin (Azərbaycan)

 

Sinxron hərəkətlər

1. Mixail Melnik/Dmitri Uşakov (Rusiya)

2. Vladislav Xançarov/Mikalay Kazak (Belarus)

3. Martin Qromovski/Kirilo Sonin (Almaniya)

 

Qadınlar

Batut

1. Yana Pavlova (Rusiya)

2. Katerin Drişoll (Böyük Britaniya)

3. Hanna Xarçonak (Belarus)

 

Sinxron hərəkətlər

1. Anna Kornetskaya/Yana Pavlova (Rusiya)

2. Marine Jurber/Joelle Valles (Fransa)

3. Bitriz Martins/Ana Rente (Portuqaliya)

 

Bədii gimnastika

 

Fərdi

Həlqə

1. Marqarita Mamun (Rusiya)

2. Melitina Staniovta (Belarus)

3. Neta Rivkin (İsrail)

 

Top

1. Yana Kudryavtseva (Rusiya)

2. Qanna Rizatdinova (Ukrayna)

3. Melitina Staniovta (Belarus)

 

Gürzlər

1. Yana Kudryavtseva (Rusiya)

2. Qanna Rizatdinova (Ukrayna)

3. Melitina Staniovta (Belarus)

 

Lent

1. Yana Kudryavtseva (Rusiya)

2. Marina Durunda (Azərbaycan)

3. Salome Pazava (Gürcüstan)

 

Qrup

Lent

1. Rusiya

2. Ukrayna

3. İsrail

 

Gürzlər və həlqələr

1. Belarus

2. İsrail

3. Ukrayna

 

Atıcılıq

 

Kişilər

50 metrdən 3 vəziyyətdə tüfənglə atəş

1. Valerian Soveplan (Fransa)

2. Petar Qorsa (Xorvatiya)

3. Vitali Bubnoviç (Belarus)

 

Dairəvi stend

1. Valerio Luçini (İtaliya)

2. Stefan Nilsson (İsveç)

3. Marko Kemppaynen (Finlandiya)

 

25 metrdən tapança ilə sürətli atəş

1. Kristian Reitz (Almaniya)

2. Aleksey Klimov (Rusiya)

3. Oliver Geis (Almaniya)

 

Kamandan oxatma

 

Qadınlar

Fərdi

1. Karina Vinter (Almaniya)

2. Maya Yaqer (Danimarka)

3. Alisia Marin (İspaniya)

 

Şosse velosipedi

 

Kişilər

Şosse yarışı

1. Leon Luis Sançes (İspaniya)

2. Andrey Qrivko (Ukrayna)

3. Petr Vakoç (Çexiya)

 

Su polosu

 

1. Serbiya

2. İspaniya

3. Yunanıstan

 

Çimərlik voleybolu

 

Kişilər

1. Martins Plavins/Haralds Reqza (Latviya)

2. Dmitri Barsuk/Yaroslav Koşkarev (Rusiya)

3. Premiçl Kubala/Yan Hadrava (Çexiya)

 

Suyatullanma

 

Kişilər

Platforma

1. Mattyu Li (Böyük Britaniya)

2. Nikita Şleyker (Rusiya)

3. Aleksis Yandard (Fransa)

 

Qadınlar

3m tramplin

1. Katerine Torrans (Böyük Britaniya)

2. Yekaterina Nekrasova (Rusiya)

3. Saskia Ottinqaus (Almaniya)

Tarix
22 İyun 2015 [00:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2015-06-22 00:57:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin