Avtomobili səkidə idarə edən sürücü həbs edildi - VİDEO

11:22 - 7 May 2024 - AVTO

Avtomobilini səkidə idarə edən sürücü həbs edilib.

Ucnoqta.az xəbər verir ki, Bakı Şəhər DYP İdarəsindən verilən məlumata görə, paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan "Mercedes" markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.

Xəbər xətti