Türkiyədə ağır qəza - 8 nəfər ölüb

15:28 - 6 May 2024 - HADİSƏ

Türkiyənin cənubunda sement daşıyan yük maşınının mikroavtobusla toqquşması nəticəsində azı 8 nəfər ölüb, 11 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı TRT telekanalı yayıb.

Qəza ölkənin cənubundakı İslahiye bölgəsində baş verib. Toqquşmadan sonra sement daşıyan yük maşını və mikroavtobus magistral yoldan çıxaraq xəndəyə uçub. Hadisə yerində xilasedicilər, yanğınsöndürənlər və polis işləyir. Qəzanın səbəbləri müəyyənləşdirilir.

Xəbər xətti