Ana səhifə
22 Sentyabr 2018

Bakıda 20 milyona villa - FOTOLAR

Bakının daşınmaz əmlak bazarında anomal bahalaşma davam edir. Mütəxəssislər bu prosesin real səbəblərini aydınlaşdırmağa çalışsalar da, hələlik dəqiq bilinən məqam budur ki, Azərbaycan paytaxtında ev, mənzil və torpaqların alış-satış qiymətləri real dəyərdən dəfələrlə artıqdır. 

 

 

Qiymətlərin yüksək səviyyəsi daşınmaz əmlak bazarının "üfürülmüş qovuq" formasında olduğundan xəbər verir. 

Ucnoqta.az Milli.Az-a istinadən bildirir ki, qiymətlərin həddi Bakıdakı ev, mənzil və ya torpaq sahələrinin dəyəri məbləğində vəsaitə dünyanın ən məşhur kurortlarında belə, çox asanlıqla villa, yaxud malikanə almağa imkan verir.

 

Məsələn, İspaniyanın Mayorka kurortunda 4-otaqlı apartamenti 340 min avroya almaq mümkündürsə, bu qiymətə Bakının mərkəzində sadəcə, 2 otaq almaq olar: o da satıcı "insaf" edərsə.

 

Durumu səciyyələndirən iki faktı təqdim edirik.

 

Mərdəkanda 0,24 hektarlıq ərazisi olan bağ satılır. Bağ evinin və bu torpağın qiyməti 1,644 milyon dollardır.

Binədə 9,5 hektar çöllük ərazi 2,55 milyon dollara satışa çıxarılıb.

 

Bakının Nəsimi rayonunda, "Hyatt Regency" otelinin yaxınlığında 0,3 hektarlıq sahədə inşa olunmuş 1500 m2-lik lüks, 3-mərtəbəli malikanə isə nə az, nə çox - 20,4 milyon dollardan satılır.

 

Tarix
23 Oktyabr 2014 [12:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin